“Yeni Fikir — 2016” müsabiqəsinə start verilir

03 Feb 2016 12:12
“Yeni Fikir — 2016” müsabiqəsinə start verilir

Ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafına dəstək vermək, yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq məqsədilə «Yeni Fikir — 2016» müsabiqəsinə (YFM) start verilib.
Müsabiqəyə qeydiyyat martın 15-də tamamlanacaq.
Təşkilat Komitəsindən qeyd edilib ki, müsabiqə, eyni zamanda innovativ sahibkarlığın inkişafına dəstək, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə vermək məqsədi daşıyır.
YFM-in əhatə etdiyi sahələrə startap ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s. daxildir.
YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. İldə bir dəfə keçirilən müsabiqədə Azərbaycanda yaşayan bütün gənclər iştirak edə bilər.
Qeyd edək ki, «Yeni Fikir» Müsabiqəsi Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) təşkil etdiyi layihədir.

http://ictinfo.az/yeni-fikir-2016-musabiq%C9%99sin%C9%99-start-verilir/