Startap-lar üçün Amerikadan ən yaxşı təcrübə

25 Feb 2016 09:00
Startap-lar üçün Amerikadan ən yaxşı təcrübə

İnnovativ sahibkarlığın ölkəmizdə daha geniş sferada tanınması və irəliləməsi üçün daim müəyyən fəaliyyətlər həyata keçirən Qafqaz Universiteti Texnoparkının təşkilatçılığı ilə favral ayının 24-də Silikon Vadisində fəaliyyət göstərən, MindBridge Partners partnyor və baş icraçı direktoru Dr. Esin Silenin təqdimatında açıq qapı seminarı həyata keçirildi. “Startap-lar üçün Amerikadan ən yaxşı təcrübə” adlı seminarda startap dünyasının nümayəndələri, tələbə və müəllimlər iştirak etdi. "Universitet əməkdaşlarının sənaye əhəmiyyətli elmi araşdırma işləri və texnoloji sahibkarlıq fəaliyyətləri"  və "Tələbələrin innovativ fəaliyyətləri və ABŞ təcrübəsi"  mövzuları əsasında çıxış edən Esin xanım Amerika, Türkiyə və Azərbaycan təhsil sistemindəki fərqlər, inkubatorların və akseleratorların spesifik xüsusiyyətləri, sənaye strategiyasının önəmi, texnoloji inteqrasiya həll yolları barədə iştirakçılara mühüm məlumatlar verdi. Daha sonra seminar iştirakçıları onları maraqlandıran sualları Esin xanıma ünvanladı. Sonda Qafqaz universitetinin rektoru cənab Ahmet Saniç Esin xanıma faydalı seminar üçün minnətdarlığını bildirərək təşəkkür plaketini təqdim etdi.

Əsmər Həşimli