YFM 2016 iştirakçılarını yeni imkanlar gözləyir

05 Jan 2016 15:15
YFM 2016 iştirakçılarını yeni imkanlar gözləyir

     Yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasını daim diqqət mərkəzində saxlayanQafqaz Universiteti Texnoparkının bu sahədə həyata keçirdiyi ən önəmli layihələrdən biri hər il təşkil olunan Yeni Fikir Müsabiqəsidir. Müsabiqə təşəbbüskar düşüncənin inkişafını hədəfləyir və innovativ sahibkarlığı dəstəkləyir. Artıq Yeni Fikir 2016 Müsabiqəsinin yanvar ayı ərizində elan edilməsi planlaşdırılır. YFM 2016 daha güclü tərəfdaşlarla reallaşdırılacağına görə layihənin ölkə startapları üçün yeni və daha böyük imkanlar təqdim edəcəyi gözlənilir. Belə ki,YFM 2016-nın əsas tərəfdaşlarından biri olan və dekabr ayının 15-də QU Texnoparkda Tədqiqat Mərkəzi  açmış Türkiyənin ən nüfuzlu İT şirkətlərindən olan Koç Sistem Azərbaycanın dəstəyilə münsiflər heyəti dünya təcrübəsi olan xarici İT mütəxəssislərindən  ibarət olacaq və şirkət bununla yanaşı startaplara investisiya dəstəyi verəcək. Koç Sistem Azərbaycan Yeni Fikir Müsabiqəsinin uğurlu iştirakçılarının beynəlxalq təcrübə ilə yaxından tanış olması üçün müxtəlif proqramlar da nəzərdə tutur. Qeyd edək ki, Koç Sistem Azərbaycanın hədəfi ölkəmizin startap mühitinə töhfə vermək, beləliklə də yerli məhsullar istehsal edib bunu Azərbaycan adı ilə dünyaya tanıtmaqdır.

Əsmər Həşimli