Qafqaz Universitetində yeni tədqiqat mərkəzi istifadəyə verildi

15 Dec 2015 22:18
Qafqaz Universitetində yeni tədqiqat mərkəzi istifadəyə verildi

Qafqaz Universitetində KoçSistem Azərbaycan şirkətinin qurduğu tədqiqat mərkəzinin açılış mərasimi keçirilib. 

Tədbirdə çıxış edən universitetin rektoru Ahmet Saniç bildirib ki, son illərdə Azərbaycanda təhsilin inkişafı ilə bağlı önəmli addımlar atılıb. Azərbaycanda hazırda neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində tədbirlər görülür.

Qafqaz Universiteti də dövlətin sözügedən siyasətinin dəstəklənməsi və həyata keçirilməsi istiqamətində mövcud imkanları daxilində peşəkar kadrların hazırlanması işinə öz töhfəsini verməkdədir. 

Universitetin 5000-ə yaxın məzunu Azərbaycanda və dünyanın bir çox ölkələrindəki aparıcı şirkətlərində peşəkar kadr kimi fəaliyyət göstərir və öz təhsillərini davam etdirirlər.

Daha sonra çıxış edən Milli Məclisin komitə sədri, millət vəkili Ziyad Səmədzadə bildirib ki, Azərbaycanda innovativ iqtisadiyyatın, innovativ düşüncələrin inkişafı istiqamətində qanunvericilik bazasının təkmilləşməsi istiqamətində çalışacaqlar. 

O vurğulayıb ki, Qafqaz Universiteti yarandığı gündən innovativ düşüncələrin inkişaf etməsində böyük rol oynayıb: 

“Dünya miqyasında normal fəaliyyət göstərməyin şərtlərindən biri də rəqabətədavamlı sənaye sahəsini yaratmaqdır. Son illərdə bu istiqamətdə Azərbaycanda çox güclü işlər gedir. Dünyada baş verən qlobal sarsıntılara baxmayaraq, Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir. 2016-cı ildə müstəqilliyimizin 25 ilini qeyd edəcəyik. 25 il ərzində həm başımıza çoxlu bəlalar gəldi. Buna baxmayaraq, güclü yeni iqtisadi sistem, liberal münasibətlərə əsaslanan bazar iqtisadiyyatı qura bildik. Azərbaycanda innovativ iqtisadiyyatın, innovativ düşüncələrin inkişafı istiqamətində qanunvericilik bazasının təkmilləşməsi istiqamətində çalışacağıq”.

O qeyd edib ki, Azərbaycanın gələcəyi sənayenin inkişafı istiqamətindən asılıdır: “Düşüncələrimizi sənayenin inkişafına yönəltməliyik. Kiçik, orta, iri müəssisələri yaratmaq lazımdır ki, iş yerləri açılsın. Ən böyük sərvətimiz insan kapitalıdır və insan kapitalının formalaşması üçün sağlam şəkildə fəaliyyət göstərmək lazımdır”.

Daha sonra çıxış edən KoçSistem Azərbaycan MMC-nin direktoru Ali Bülent Kutvan bildirib ki, Qafqaz Universiteti Texnoparkında KoçSistem Azərbaycan MMC açdığı tədqiqat mərkəzinin əsas mədsədi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının reallaşmasında iştirak etmək, ölkənin rəqəmsallaşması prosesinə dəstək verməkdir:
 
"Həmçinin, Azərbaycanın bütün bölgələri, ümumiyyətlə, Qafqaz bölgəsi üçün özəl və dövlət qurumları üçün idarəetmə modelləri təqdim etməyə hazırlaşırıq. Biz xidmətimizi daha genişləndirib, qlobal bazara çıxmağı hədəfləyirik. Hədəfimiz yerli məhsullar istehsal etmək və bunu Azərbaycan adı ilə dünyaya təqdim etməkdir”.
 
Onun sözlərinə görə, KoçSistem 2001-ci ildə ODTÜ Texnoparkında başladığı ARGE xüsusiyyətli fəaliyyətlərinə 2008-ci ildə İstanbulda meydana gətirdiyi Türkiyənin proqram təminatı sahəsindəki ilk və ümumi mənadakı 16-cı ARGE və İnnovasiya Mərkəzi ilə davam edir. 

KoçSistem ARGE və İnnovasiya Mərkəzi, sabahın ehtiyaclarına bu gündən həll yaradan 100-dən çox ARGE mühəndisi ilə gələcəkdə yerli və qlobal bazarların tələbinə, həm sektorun, həm də ölkəmizin inkişafına xidmət edəcək və rəqabət üstünlüyü təmin edəcək layihələr icra edir. 

Bu gün QUtechnoparkda açılışını etdiyimiz tədqiqat mərkəzi bu istiqamətdə fəaliyyət göstərəcək. Tələbələr burada təcrübə keçəcək, parttaym işləyəcək, bizdə gənclərin yeni ideya və fikirlərindən istifadə edəcəyik. 

Hazırda KoçSistem Azərbaycan MMC olaraq ölkənin İT bazarında yeni innovativ həllər təqdim etməyə hazırlaşırıq. 

Şirkətin yeni məhsullarının arasında bulud texnologiyaları, şirkətin vahid idarəetmə sistemləri, zavod və fabrik avadanlıqlarını mobil qurğular və internet üzərindən idarə edilməsi və s. kimilər daxildir. Bu məhsulları Azərbaycan bazarına uyğunlaşdırmaqla yanaşı, yeni qlobal texnoloji məhsullar istehsal etmək istiqamətində çalışırıq.

Tədbirdə çıxış edən millət vəkili Muxtar Babayev də Qafqaz Universitetinin həyata keçirdiyi innovativ layihələrin böyük uğur və nəticələr əldə etdiyini söyləyib. Onun sözlərinə görə, Azərbaycanın gələcəyi qeyri-neft sektorundan asılıdır. KoçSistem-in açıdığı bu tədqiqat mərkəzi əlavə infrastrukturun möhkəmləndirilməsinə öz töhfəsini verəcək. 

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin və digər dövlət qurumlarının nümayəndələri də iştirak edib. 

Sonda KoçSistem-in nümayəndələrinə universitetin fəxri plaketi təqdim edildi və tədbir iştirakçıları tədqiqat mərkəzində yaradılmış şəraitlə tanış oldular. 

Qeyd edək ki, KoçSistem, 1945-ci bəri inkişaf etdirdiyi təcrübəsindən də faydalanaraq, radikal dəyişmə və transormasiyaların olduğu bu bazarda mövqe tutub gələcəyə istiqamətli manevrlər planlaşdırmağı və sektorun üzərində böyüməyi davam etdirən bir şirkətdir. KoçSistem "Başdan başa xidmət vermək" anlayışı istiqamətində də, ehtiyaca görə inkişaf etdirdiyi xüsusi texnoloji həllərlə, müştərilərinə ehtiyaclarının üzərində xidmət vermək prinsipi ilə hərəkət etməkdədir. Müstərilərə yeni üfüqlər açmaq və işlərinizi böyütmə prosesində dəstək olmaqdan və effektiv e-həlləri vermək əsas hədəflərimizdən biridir. 

Əsas missiya və vizionumuzun bütün işçilərimiz və iş ortaqlarımız tərəfindən bilinməsinin təmin edilməsi və ortaq hədəflərə birlikdə nail olunmasıdır. Müştəri Təklif və Şikayətləri Menecmenti Yanaşmamız qarşılıqlı dəyər yaratmaq, dayanıqlı əməkdaşlıqlar yaratmaq və “qazan, qazan” fəlsəfəsi ilə müştərilərimizə xidmət etməkdir. KoçSistem olaraq, "Başdan başa xidmət vermək" anlayışımız istiqamətində, ehtiyaca uyğun işləyib-hazırladığımız texnoloji həllərlə, müştərilərimizə gözlədiklərindən də yüksək xidmət vermək… Aid olduğu Koç Holding qrupu Fortune Global 500’də yer alan tək Türk şirkəti (2014: # 341). 2014-ci ildə 27,5 milyard $ toplam gəlir, İşçilərin sayı: 80.000+, Toplam ixracı / Türkiyə ixracı: %9 dır. KoçSistem əldə etdiyi bilik və qabiliyyətlərini ICT sahəsində əhəmiyyətli yeniliklərdə iştirak vaxtı istifadə edərkən, Ekosistem - KoçSistem strategiyası çərçivəsində əməkdaşlıq etdiyi şirkətlərin inkişafına da dəstək verir. Türkiyənin və Avropanın qabaqda gələn universitetləri ilə əməkdaşlıq edən KoçSistem ArGe və İnnovasiya Mərkəzi gələcəyin texnologiyasını meydana çıxaracaq layihələrə liderlik etmək və ekosistemini də öz tərkibinə daxil edərək ən böyük investisiyası olan insan resursunun qabiliyyətini inkişaf etdirərək işlərini davam etdirir. 

KoçSistem, ARGE fəaliyyətləri strategiyasını "1/3" qaydası çərçivəsində hazırlayır. Sistematik olaraq hazırlanan və beşillik bir dövr daxilində davam etdirilən layihələrin 1/3-i o il tamamlanacaq layihələr; 1/3-i iki il içərisində sonlanacaq layihələr, 1/3-i beş il və daha çoxu hədəfləyən layihələr olmaq üzrə planlaşdırılır və yaradılan tsiklla həm layihələrin planlaşdırılması, həm də əsas dayaq olan insan resursunun məhsuldar istifadə edilməsi hədəflənir. ArGe layihələri KoçSistem-in qlobal bazara açılan qapısı mövqeyində ... Dünyanın ən əhəmiyyətli yenilik və texnologiya mərkəzləri ilə davamlı əlaqələr quran mərkəz, Avropada qurduğu əhəmiyyətli əməkdaşlıqları Asiya qitəsinə də keçirərək beynəlxalq sahədə layihə həyata keçirmə təcrübəsini gücləndirir. Bütün bu bilik və bacarıqları Azərbaycan və yaxın regionlarda tətbiq edərək yerli şirkət və müəssisələrlə iş qurmaq əsas hədəflərimizdən biridir.

Sabir Baxşalıyev