QUTexnopark-ın direktoru innovasiya sahibkarlığının inkişafı beynəlxaq təlim proqramında iştirak edəcək

29 Dec 2015 09:19
QUTexnopark-ın direktoru innovasiya sahibkarlığının inkişafı beynəlxaq təlim proqramında iştirak edəcək

Qafqaz Universiteti Texnoparkının (QUTEXNOPARK) direktoru dosent İsa Qasımov innovasiya sahibkarlığının inkişafı sahəsində əhəmiyyətli sayılan “İnnovasiyaların və Sahibkarlığın İnkubasiyalarda inkişaf etdirilməsi”  ("Promoting Innovation's & Entrepreneurship through Incubation")  beynəlxalq proqramlarda iştirak edəcək.

 

“İnnovasiyaların və Sahibkarlığın İnkubasiyalarda inkişaf etdirilməsi”  təlim proqramı 04 Yanvar - 12 Fevral 2016-ci il tarixlərində baş tutacaq. Proqram Hindistanın Ahmadabad şəhərində fəaliyyət göstrərən  Hindistan Sahibkarlığın İnkişafı İnstitutunda (Entrepreneurship Development Institute of India (EDII)), eləcə də Hindistanın müxtəlif şəhərlərində - Trivandrum, Cochin, Coimbatore, Tirupur, Mysore, Bangalore -  fəaliyyət göstərən şirkətlər, iş mərkəzləri, texnoparklar və müvafiq müəssisələrdə həyata keçiriləcək. 6 həftə ərzində davam edəcək Proqramın ilk 4 həftəsi əsasən trening və ya seminarlar formasında, sonuncu 2 həftəsi isə müxtəlif şəhərlərdə təcrübə proqramları şəklində baş tutacaq.

 

“İnnovasiyaların və Sahibkarlığın İnkubasiyalarda inkişaf etdirilməsi” təlim proqramı Hindistan Respublikası Xarixi İşlər Nazirliyinin təşkil etdiyi və maliyələşdirdiyi proqramdır. Proqrama müxtəlif ölkələrdən müsabiqə yolu ilə iştirakçılar seçilir. Qeyd edək ki, bu dəfəki proqrama Azərbaycandan yalnız  Qutexnopark-ın direktoru İsa Qasımov seçilib.

Qeyd edək ki, innovasiyaların inkişaf etdirilməsində Hindistan son onilliklərdə dünyada xüsusi mövqe qazana bilib. Xüsusilə, informasiya texnologiyalarının inkişaf etdirilməsində Hindistanda özünəməxsus inkişaf mövcuddur. Yuxarıda bəhs edilən təlim proqramını həyata keçiriləməsini üzərinə götürmüş Hindistan Sahibkarlığın İnkişafı İnstitutu isə bu sahədə əhəmiyyətli uğurlara imza ataraq, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) İnsan Resurslarının İnkişafı üzrə araşdırma və təlim üçün İnkişaf  Mərkəzləri şəbəkəsinin üzvü seçilib.

 

“İnnovasiyaların və Sahibkarlığın İnkubasiyalarda inkişaf etdirilməsi” təlim proqramında iştirak haqqı qazanmış İsa Qasımov,  bu proqramı həm beynəlxalq təcrübənin öyrənilməsi, həm də innovasiyaların, eləcə də innovasiya sahibkarlığın inkişaf etdirilməsində mühüm amil sayılan beynəlxalq işgüzar çevrənin formalaşdırılması baxımından yüksək qiymətləndirdi.

 

2015-c il Dekabrın 15-də regionun ən böyük İT şirkətlərindən sayılan "KOÇ Sistem"-in Qutexnopark-da qurduğu tədqiqat mərkəzi ilə birgə fəaliyyətlərindən böyük gözləntilərini söyləyən İ. Qasımov, böyük şirkətlərlə yanaşı, kiçik və orta sahibkarlığın inkişafına dəstəklərin artırılması üzrəində də işlədiklərini qeyd etdi. İ. Qasımov bildirdi ki, 2016-cı ilin Yanvar ayı ərzində Yeni Fikir 2016 Müsabiqəsi  (YFM) də elan ediləcək. Onun sözlərinə görə, YFM bu dəfə daha güclü tərəfdaşlarla birgə həyata keçiriləcək.

 

Əsmər Həşimli