QU Texnoparkda IT yönümlü Danışıq kursu təşkil olunub

05 Dec 2015 12:20
QU Texnoparkda IT yönümlü Danışıq kursu təşkil olunub

QU Texnopark rezidenti Agile Solutions şirkəti tərəfindən QU Texnopark könüllüləri üçün IT yönümlü Danışıq kursu təşkil olunub. Tədbirdə həmçinin IT mütəxəssislər də iştirak edib.

 

 Şirkət rəhbəri İlqar Əliyev QU Texnopark rəhbərliyinə tədbirin keçirilməsinə  göstərdiyi dəstək üçün təşəkkürünü  bildirib və təqdimatlar barədə məlumat verib. Əsas öhdəliyi layihə ilə bağlı vebsayt qurmaq olan komandalar müxtəlif aspektlərdən çıxış edərək fərqli ideyalar ərsəyə gətiriblər. Fəaliyyətə müxtəlif sahələr üzrə təhsil alan tələbələr cəlb olunub və tədbirin əsas məqsədi iştirakçıların komanda ilə işləmək bacarıqlarının təkmilləşdirilməsi olub. Sonda iştirakçılar maraqlı oyun və fərqli təcrübəyə görə təşəkkürlərini bildiriblər.

http://zaman.az/az/newsDetail_getNewsById.action?newsId=73530