KoçSistemin Azərbaycanda yeni mərkəzi açıldı

15 Dec 2015 21:24
KoçSistemin Azərbaycanda yeni mərkəzi açıldı

Azərbaycan Respublikası Milli məclisin İqtisadi Siyasət Komitəsinin sədri, millət vəkili, akademik Ziyad Səmədzadə, Azərikimya İstehsalat Birliyi Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Abşeron Rayon İcra Hakimiyəti Başcısının muavini Fuad Cəbrayılov,  KoçSistem Türkiye Araşdırma – Gəlişdirmə və İş Uyğulamaları üzrə Direktoru Ömer Özgür Çetinoğlu,  eləcə də digər dövlət qurumlarından (AR İqtisadiyyat və Sənaye Nazirliyi, AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkı və s.), universitet və institutların nümayəndələri, informasiya texnologiyaları sektorunda fəaliyyət gösətərən şirkətlərin nümayəndələrinin iştirak etdiyi proqram ictimaiyyətin xüsusi marağına səbəb oldu. Belə ki, regionun ən böyük İT şirkətlərindən olan Türkiyədə qurulmuş Koç Sistem, ölkə xaricində ilk araşdırma mərkəzini təsis etdi. İT sektroun müxtəlif sahələr üzrə innovasiyaların formalaşdırılması və tətbiqi ilə tanınan Koç Sistem QUTexnopark-da qurduğu Araşdırma Mərkəzində Qafqaz Universitetinin də potensialından faydalanaraq, Azərbaycan və region ölkələrində xidmət göstərəcəyini planlaşdırır.

Açılış proqramında çıxış edən Qafqaz Universitetinin rektoru prof.dr. Ahmet Saniç bildirib ki,güclü ölkələrin güclü Üniversiteleri olur. Güclü Üniversitet olmanın ən önəmli şərtlərındən biri sənaye və iş dünyası və güclü sənaye quruluşları ilə əməkdaşlıq etməkdir. Bu əməkdaşlıq iqtisadi  ve sənaye yönündə ölkənin inkişafını təmin edəcək . Qafqaz Üniversitesi illərdir Prezidentimiz  cənab İlham Əliyevin ”neft kapitalını insan kapitalına çevirmək ”  ideyalarını hayata keçirməkdədir.    Bu gün də Texnopark quraraq Prezidentimiz İlham Əliyevin ideyası olan qeyri-neft sektorunun inkişafı istiqamətində işlər görülür.Koç Sistem rəhbərliyinə də bu işdə bizə dəstək olduqları üçün təşəkkür edirəm.

Koç Sistem Azərbaycan şirkətinin baş direktoru prof.dr. Ali Bülent Kutvan qarşılıqlı əməkdaşlığrın uğurlu perspektivlərindən bəhs edərək, ölkədə yüksək texnologiyaların inkişafına veriləcək töhfələrən danışıb. Qafqaz Universiteti Texnoparkında KoçSistem Azərbaycan MMC açdığı  Tədqiqat Mərkəzinin əsas mədsədi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının reallaşmasında iştirak etmək, ölkənin rəqəmsallaşması prosesinə dəstək verməkdir. Həmçinin Azərbaycanın bütün bölgələri, ümumiyyətlə Qafqaz bölgəsi üçün özəl və dövlət qurumlar üçün idarəetmə modelləri təqdim etməyə hazırlaşırıq. Biz xidmətimizi daha genişləndirib, qlobal bazara çıxmağı hədəfləyirik. Hədəfimiz yerli məhsullar istehsal etmək və bunu Azərbaycan adı ilə dünyaya təqdim etməkdir”.

KoçSistem 2001-ci ildə ODTÜ Texnoparkında-də başladığı ARGE xüsusiyyətli fəaliyyətlərinə 2008-ci ildə İstanbulda meydana gətirdiyi Türkiyənin proqram təminatı sahəsindəki ilk və ümumi mənadakı 16-cı ARGE və İnnovasiya Mərkəzi ilə davam edir. KoçSistem ARGE və İnnovasiya Mərkəzi, sabahın ehtiyaclarına bu gündən həll yaradan 100-dən çox ARGE mühəndisi  ilə gələcəkdə yerli və qlobal bazarların tələbinə, həm sektorun, həm də Azərbaycanın inkişafına xidmət edəcək və rəqabət üstünlüyü təmin edəcək layihələr icra edir. Bu gün QUtechnoparkda açılışını etdiyimiz  Tədqiqat Mərkəzini bu istiqamətdə fəaliyyət göstərəcək. Tələbələr burada təcrübə keçəcək, parttaym içləyəcək,  bizdə gənclərin yeni ideya və fikirlərindən istifadə edəcəyik.

Akademik Ziyad Zəmədzadə: Mən çox sevinirəm ki, bu gün Azərbaycan sənayesinin tarixində belə bir hadisənin baş verməsi mərasimində iştirak edirəm. Artıq çox gözəl çıxışlar etdilər. Dünya miqyasında normal fəaliyyət göstərmənin şərtlərini göstərdilər və bu şərtlərdən biri də heç şübhəsiz ki, rəqabətə davamlı iqdisadiyyat və sənaye sahəsi yaratmaqdır. Azərbaycanda bu istiqamətdə son illərdə çox işlər görülmüşdür. Qlobal sarsıntılara baxmayaraq Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir, neft faktorundan asılılığın azaldılması istiqamətində ciddi addımlar atılır və cənab Prezidentin təhsilin inkişaf strategiyası ilə bağlı imzaladığı sərəncamda da göstərilir ki, təhsil real iqtisadi həyatla əlaqələndirilməlidir. Qafqaz Universiteti dünyanın aparıcı Universitetlərindən birinə çevrilmək ərəfəsindədir. Biz çox sevinirik ki, artıq burada Abşeron rayonunda böyük gələcəyi olan bir Universitet yaradılıb və yarandığı gündən innovativ düşüncələr istiqamətində də böyük işlər görülür.

Azərikimya İstehsalat Birliyi Müşahidə Şurasının sədri Muxtar Babayev : “ 6 ildir ki, Qafqaz Universiteti ilə sıx əməkdaşlıq edirik və buraya yaxşı bir kadr mənbəyi kimi də baxırıq. Qafqaz  Universitetini bitirmiş onlarla mütəxəssis artıq AİB-in zavodlarında çalışır.Biz o kadrların  hazırlığından çox razıyıq. Hesab edirəm ki, bu günki, açılış, Texnoparkın inkişaf etdirilməsi Unuvrsitetin maddi-texniki infrostruktur bazasının genişləndirilməsinə və bu da tələbələrin hazırıq səviyyəsinin artmasına təkan verəcəkdir. İnanıram ki, bu günki açılış, iş dünyası Universitet əlaqələri daha da inkişaf etdiriləcək və Kimya sənayesinin ehtiyacı olan kadrların hazırlanmasına da kömək edəcək.

Çıxış edənlər qeyd etdilər ki, universitetlərdə innovasiyaların inkikşafına verilən əhəmiyyət təqdirə layiq hal olmaqla, həm də ölkə prezidenti Cənab İlham Əliyevin qarşıya qoyduğu, neft kapitalının insan kapitalına çevrilməsi hədəfinə uyğun hesablanmış fəaliyyətlərdir.

KoçSistem Türkiye Araşdırma – Gəlişdirmə ve İş Uyğulamaları üzrə Direktru Ömer Özgür Çetinoğlu ;”Bu gün Türkiyədən buraya Texnoparkda tədqiqat mərkəzimizin açılışı üçün gəlmişik. Bizim şirkətin  Texnoparklarda olan ikinci fəaliyyətidir və bizim Qafqaz Universitetinə olan etimadımızdır.

Təbrik və məruzələrdən sonra qırmızı lent kəsildi və, qonaqlar tədqiqat mərkəzi ilə tanış oldular. Qeyd edək ki, Koç Sistem QUTexnopark-da fəaliyyət göstərən müxtəlif şirkətlərdən biridir.

http://www.hamar.az/?p=28980