"Startap mühiti və onun inkişafı" seminarı

07 Nov 2015 18:00
"Startap mühiti və onun inkişafı" seminarı

Noyabr ayının 7-də QU Texnoparkın təşkilatçılığı ilə Təşəbbüskarlıq seminarları çərçivəsində növbəti təlim baş tutdu. “Startap mühiti və onun inkişafı"  mövzusunda olan seminar Embawood şirkətinin Straterji İdarəetmə  üzrə menceri  və Qafqaz Universitetinin müəllimi Cəbrayıl Vəliyev tərəfindən keçirildi. Təlimdə startap ekosistemi və əsas iştirakçılar, akademik mühit  və onun startapların tərəqqisindəki mövqeyi, biznes dünyası və onun startapların inkişafında rolu, startapların yaradılmasına fərqli baxış kimi məsələlərdən bəhs olundu. Seminar boyunca sahə nümayəndələri maraqlı müzakirələr halında fikir mübadiləsi etdilər.

Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.

Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları  müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.

Əsmər Həşimli