QU Texnopark loqosunu yeniləyir

15 Oct 2015 09:05
QU Texnopark loqosunu yeniləyir

   Qafqaz Universiteti  Texnoparkı rəsmi loqosunu yeniləyir. Bu məqsədlə QUTechnopark müsabiqə elan edir. Müsabiqədə təklif edilən ən yaxşı loqonun sahibinə QUTechnopark tərəfindən "Wacom wireless Bamboopad" cihazı hədiyyə ediləcək. Dizayn edilən loqo QU Texnoparkın fəaliyyətini əks etdirməlidir.

   Müraciət etmək istəyənlər təklif edəcəkləri loqonu, adı, soyadı və telefon nömrəsini əlavə edərəktechnopark@qu.edu.az e-poçtuna göndərə bilərlər. Son müraciət zamanı 23 oktyabr 2015-ci il saat 10:00-dur.

   Ətraflı məlumat üçün +994 (12) 349-99-58 +994 (55) 314 44 03 www.qutechnopark.az və ya QUTechnopark-ın rəsmi mənbələrindən istifadə edə bilərsiniz.

Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq.

Əsmər Həşimli