Bethclip” beynəlxalq konfransda "Entreoreneurship Award" mükafatına layiq görülüb

16 Oct 2015 16:17
Bethclip” beynəlxalq konfransda  "Entreoreneurship Award" mükafatına layiq görülüb

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Beynəlxalq Telekommunikasiya və Yüksək Texnologiyalar üzrə  “ITU Telecom World 2015” sərgi-konfransında iştirak edən "BethClip" yüksək mövqeyə layiq görülüb. Layihənin rəhbəri Rəşid Əliyevin verdiyi məlumata görə, özünün müəllifi olduğu “BethClip” layihəsi sərgidə iştirak edən kiçik və orta sahibkarlar (KOS) arasında "Ən yaxşı innovativ həlləri təqdim edən və İKT-nin inkişiafına dəstək olan KOS-lar" nominasiyası üzrə "Entreoreneurship Award" mükafatına layiq görülüb.  

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov da daxil olmaqla, iştirakçı dövlətlərin İnformasiya və Kommunikasiya Texnologiyaları nazirlərinin də qatıldığı tədbirə İKT sahəsi üzrə müxtəlif pavilyonlardan layihə komandaları qatılmışdır. 

BethClip layihəsi tədbirə qatılan investorların da diqqətini cəlb etmişdir ki, R. Əliyevin verdiyi məlumat görə, bununla bağlı hazırda danışıqlar gedir.

Nəzərinizə çatdırırıq ki, ”Bethclip” layihəsi Qafqaz Universiteti Texnoparkının (QUTexnopark) həyat keçirdiyi Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanaraq ilkin investisiyanı əldə etmişdir. Yeni Fikir Müsabiqəsi innovasiya sahibkarlığının inkişafına dəstək verən fəaliyyətdir.