“BethClip” World Summit Award final mərhələsində

27 Aug 2015 14:46
“BethClip” World Summit Award final mərhələsində

  Qafqaz Universiteti Texnoparkı tərəfindən təşkil olunan Yeni Fikir 2014 Müsabiqəsinin qalibi, MilliNet 2014-ün "Ən yaxşı mobil tətbiq" nominasiyası üzrə birinci yeri tutmuş, Şərqin Web summiti hesab olunan Dubayda baş tutan Step Conference, ABŞ-ın "Global Innovation through Science and Technology" (Elm və Texnologiya vasitəsilə Qlobal İnnovasiya) təşkilatı tərəfindən keçirilən Tech-I (Technology İdea)kimi xarici ölkələrdə keçirilən startup yarışmalarında da uğurla iştirak edən BethClip layihəsi Azərbaycanın “World Summit Award 2015” müsabiqəsinin final mərhələsində iştirak hüququ qazanmış 6 layihəsi arasındadır. Onlayn qaydada aparılan seçimlərdə münsiflər tərəfindən seçilən layihə “Business & Commerce” (Biznes və kommersiya) nominasiyasında yarışacaq. Qeyd edək ki, sentyabrın 17-20-də müsabiqənin final mərhələsi Bakıda keçiriləcək. Bu il World Summit Award (Dünya Sammit Mükafat) yarışı BMT-ə üzv 86 ölkədən 386 nominasiya qəbul etdi. Layihələr WSA ekspertlər şəbəkəsi tərəfindən demokratik və yüksək dərəcədə rəqabətli qiymətləndirmə prosesi nəticəsində seçilmişdir. Layihələrin mobil və internet tətbiqetmələrinin sosial çətinlikləri necə həll edə biləcəyi məsələsinə yanaşması əsas götürülmüşdür.

Əsmər Həşimli