"Məhsulun təsisatından yatırımcı təqdimatına gedən yol" seminarı

13 May 2015 09:55
"Məhsulun təsisatından yatırımcı təqdimatına gedən yol" seminarı

May ayının 12-də QUTechnopark tərəfindən təşkil edilən Təşəbbüskarlıq seminarları çərçivəsində növbəti görüş keçirildi. "Happy Farm" CEO və təsisçisi  Anna Degterevanın təqdimatında baş tutan "Məhsulun təsisatından yatırımcı təqdimatına gedən yol" seminarında investora münasibət müxtəlif prizmalardan təhlil edildi. Bundan əlavə, bazarda rəqibin olmasının yaxud tapılmasının vacibliyi, layihəni təqdim edərkən mükəmməliyyətçi olmayıb riskləri gözə almağın önəmi, komanda yığarkən nəzərə alınmalı olan əsas məqamlar, məhsulun nəzərdə tutulduğu auditoriya kimi məsələlərə aydınlıq gətirildi. Görüş əsnasında iştirakçılar təşəbbüskarlıq fəaliyyətinin incəlikləri haqda maraqlı məlumatlar almaq imkanı əldə etmişlər. Qeyd edək ki, rəhbər və mentorlarının Amerika və Avropanın şirkət, həmçinin yatırım fondlarının təsisçiləri olan 100-dən çox böyük girişimci və yatırımcıların olduğu Happy Farm İspaniya, İtaliya, Çin, Ukrayna, Russiya, Azərbaycan, Belarusiya kimi ölkələrdə 42 şirkətə sahibdir və 2012-ci ildən bəri Silikon vadisində 5 tədris, 7 təcrübə proqramını uğurla bitirmiş və rezidentlərinin inkişafı üçün yatırımlar etmişdir.