Koç Holdinq qrupuna aid KoçSistem Qafqaz Universiteti Texnoparkında

03 Apr 2015 20:02
Koç Holdinq qrupuna aid KoçSistem Qafqaz Universiteti Texnoparkında

Koç Holdinq qrupuna aid KoçSistem Qafqaz Universiteti Texnoparkı ilə əməkdaşlıqda maraqlıdır.
Aprelin 2-də Koç Holdinq qrupuna aid olan KoçSistem şirkətinin Azərbaycan təmsilçiliyinin nümayəndələri Qafqaz Universiteti Texnoparkında oldular. Şirkətin direktoru Dos.Dr. Ali B. Kutvan və şirkətin satış üzrə meneceri Görkem Gökce ilə Qutechnopark-da geniş tərkibli görüş keçirildi. Əvvəlcə, QUTexnoparkın direktoru Dos.Dr.İsa H.Qasımov QUTexnopark-ın fəaliyyəti və potensial imkanları haqqında qonaqlara informasiya verdi. 
QUTexnopark İdarə Heyətinin sərdi Dos.Dr. Şahin H. Durmaz və QUTexnopark-ın bəzi Rezidentlərinin də iştirak etdiyi görüşdə qarşılıqlı təkliflər qiymətləndirildi və əməkdaşlıq imknaları müzakirə olundu. Görüş əsanasında hər iki tərəfin maraqlarını əks etdirən məqamların yaxın gələcəkdə dəyərləndirilərək razılığa gəlinməsi nəzərdə tutuldu.