İnformasiya Texnologiyaları İnstitutu ilə “TransTech Capital” fondu arasında əməkdaşlıq perspektivləri müzakirə olundu

10 Mar 2015 22:01
İnformasiya Texnologiyaları İnstitutu ilə “TransTech Capital” fondu arasında əməkdaşlıq perspektivləri müzakirə olundu

Mart ayının 10-da Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan ali məktəblərinin, tədqiqat müəssisələrinin elmi potensialının təhlili, onların nəzdində Texnoloji Transfer Mərkəzlərinin yaradılması, həmçinin innovativ layihələrin maliyələşdirilməsinə dəstəyi nəzərdə tutan görüş keçirilmişdir. Tədbirdə Böyük Britaniyanın “MTİ” şirkətinin “TransTech Capital” (TTC) fondunun baş partnyoru Simon Robeson, icraçı partnyoru Riçard Henderson, risk üzrə partnyorları Devid Livesli və Mahmud Sinoplu da iştirak edirdi. S.Robeson texnologiyaya meyilli investisiya sahəsində əldə edilmiş təcrübənin Azərbaycanda da tətbiqinin, qarşılıqlı əməkdaşlıq əlaqələrinin zərurətini vurğuladı. Tədbirdə QUTechnopark-ın təşkilatçısı olduğu Yeni Fikir 2014 Müsabiqəsinin qalibi Rəşid Əliyev məruzə ilə çıxış edərək, iştirakçılara təsisçisi və icraçı direktoru olduğu “BethClip” layihəsi haqda danışdı. Rəşid Əliyev layihənin bulud texnologiyalarına əsaslanan məlumat ötürülməsi mübadilə buferinin sinxronizasiyası üçün hazırlandığını qeyd edərək onun iş sxemini və istifadə qaydalarını, eyni zamanda innovativ xüsusiyyətlərini izah etdi.