Yeni Fikir Müsabiqəsi 2015-in yarım final mərhələsi baş tutdu

29 Mar 2015 19:00
Yeni Fikir Müsabiqəsi 2015-in yarım final mərhələsi baş tutdu
   Uzun müddətdir böyük səbrsizliklə gözlənilən Yeni Fikir Müsabiqəsi 2015-in yarım final mərhələsi baş tutdu. Ölkəmizin müxtəlif təhsil müəssisələri və dövlət, həmçinin özəl şirkətlərindən olan iştirakçılar müxtəlif sahələrə aid layihələri ilə münsiflər heyətinin qarşısına çıxdı. Yarışmaya eyni zamanda Türkiyədən də qatılanlar olmuşdur. Iştirakçılar öz layihələrinin məqsədi, vizyonu, yenilikçi spesifik xüsusiyyətləri, layihənin hansı auditoriyaya xitab etdiyi haqda məlumat verərək münsiflər heyətinin suallarını cavablandırdı. Təqdimatını bitirən iştirakçılara həm də öz fikirlərini, iradlarını bildirmələri üçün anket paylandı. Qeyd edək ki, Yeni Fikir Müsabiqəsi ölkəmizdə innovasiya meyilli layihələrin tanınması və onlara dəstək üçün təşkil olunur. Bu arada müsabiqənin final mərhələsinə vəsiqə qazanmış iştirakçılar artıq bəllidir. Bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
 
Əsmər Həşimli