QUTechnoparkın startupçı tələbələri

23 Feb 2015 09:23
QUTechnoparkın startupçı tələbələri

   Fevral ayının 20-də QU Texnoparkın startupçı tələbələri Əyyub Hüseynzadə və Murad Həsənzadə ilə görüş keçirildi. Tələbələrimiz yeni fikirlərini, layihələrini bölüşdülər. "Kitab dünyası" layihəsinin təsisçisi, "Girişim savaşçısı "şirkətinin Azərbaycan təmsilçisi, Young Career Academy layihəsinin rəhbəri Əyyub Hüseynzadə və Murad Graphic Designer rəhbəri, yeni webi.az layihəsini həyata keçirmək istəyən Murad Həsənzadə üçün yeni imkanların təşkil olunması, layihələrin gələcək fəaliyyəti üçün yeni planların qurulması müzakirə edilmişdir. 

Əsmər Həşimli