Eksperttv xidmətinizdə

14 Jan 2015 10:10
Eksperttv xidmətinizdə

Müasir dövrdə yeni texnologiyaların meydana gəldiyi, ötən əsrlərdə mövcud olmayan, yaxud xəbərsiz olduğumuz xəstəliklərin yayıldığı, yeni sosial problemlərin və məsuliyyətlərin gündəmə gəldiyi, həmçinin müxtəlif sahələrin davamlı inkişafı nəticəsində yeni bir ensiklopediyaya ehtiyac yaranmışdır. Həmçinin bu ensiklopediyanın istifadəsi zamanı hazırda demək olar ki, hər kəsin problemi olan zamanın düzgün və əlverişli idarə olunması faktoru nəzərə alınmalı idi. Elə bu ehtiyac anında www.eksperttv.az saytı ərsəyə gəldi. Öz videoları ilə bütün yaş qrupu nümayəndələrinin suallarını cavablandırmağı nəzərdə tutan eksperttv yayımlanan videoların sayını müntəzəm olaraq artırmaqla istifadəçilərinə göstərdiyi yardımı günbəgün daha sərfəli edir. Müxtəlif kateqoriyalar üzrə yayımlanan videolar cari mövzunu hərtərəfli şəkildə təsnif etməklə izləyicilərin suallarını cavablandırır.
Qeyd edək ki, Eksperttv birbaşa olaraq mütəxəsislərin dilindən müxtəlif sahələrdə izləyiciləri maraqlandıran suallara görüntülü şəkildə cavab verən internet portalıdır. Eksperttvni qısaca olaraq video ensiklopediya da adlandırmaq olar. Eksperttv proqramlarını Azərbaycan dilində təqdim edir və hədəfində olan izləyici kütləsi də bu dili bilən internet istifadəçiləridir.
Eksperttv bu sahədə Azərbaycan dilində fəaliyyətə başlayan ilk internet portallarından olsa da, dünyada bu məzmunda mövcud olan bir sıra layihələr vardır. Eksperttv-nin fəaliyyət prinsipləri formalaşdırıldığı zaman analoji layihələrdən nümunə olaraq istifadə olunmuşdur.
Eksperttv-nin əsas konsepsiyası əhalinin bütün təbəqələrini maraqlandıra bilən suallara qısa videolar vasitəsi ilə mütəxəsislər tərəfindən sadə dillə cavabların verilməsidir. Bu konsepsiya çərçivəsində mövzuların əhatə dairəsində heç bir məhdudiyyət qoyulmur, tələbə görə daha da genişləndirilə bilər. eksperttv.az saytı aşağıdakı kateqoriyalar üzrə fəaliyyət göstərir:

Ailə və Psixologiya
Biznes və İqtisadiyyat
Təhsil və Karyera
Avtomobil
Sağlamlıq
Toy və Nişan
Kulinariya
Hüquq
İT
Din
Ordan-burdan

Əsmər Həşimli