“I Respublika Əqli Mülkiyyət və İnnovasiya" sərgisində QUTechnopark da təmsil olundu.

25 Dec 2014 19:03
“I Respublika Əqli Mülkiyyət və İnnovasiya" sərgisində QUTechnopark da təmsil olundu.

24-25 dekabr 2014-cü il tarixlərndə keçirilən “I Respublika Əqli Mülkiyyət və İnnovasiya" sərgisində QUTechnopark da təmsil olundu. Sərgidə Yeni Fikir 2013 yarışmasının qalibi "Alternativ enerji" layihəsi sərgi izləyicilərinin marağına səbəb oldu. Sərgi AMEA-nın İnformasiya Resursları Mərkəzində təşkil edildi. 


“I Respublika Əqli Mülkiyyət və İnnovasiya" sərgisi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təşkil olunur.