“Startup İstanbul 2014”-ün iştirakçıları ilə görüş keçirildi

27 Oct 2014 10:37
“Startup İstanbul 2014”-ün iştirakçıları ilə görüş keçirildi

Oktyabrın 25-də Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) dəstəyi ilə “Startup İstanbul 2014” proqramının Azərbaycandan olan iştirakçıları ilə Təşəbbüskar Gənclərin görüşü keçirildi.

Görüş zamanı proqram iştirakçılarına təəssüratlarını bölüşmələri üçün imkan yarandı, Paneldə müzakirələr aparıldı. Görüş maraqla qarşılandı və iştirakçıların müxtəlif suallarını “Startup İstanbul 2014” proqramının iştirakçıları tərəfindən cavablandırıldı.

Tədbirin sonunda isə görüş iştirakçıları “QUTechnopark”la tanış oldular.

Xatırladaq ki, “Startup İstanbul 2014” 27-30 Sentyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilmişdi.