“Startup”-ın Silikon Vadisinə gedən yolu” adlı seminar təşkil olunacaq

02 Oct 2014 11:46
“Startup”-ın Silikon Vadisinə gedən yolu” adlı seminar təşkil olunacaq

11 oktyabr tarixində “Startup”-ın Silikon Vadisinə gedən yolu” adlı seminar təşkil olunacaq. Qafqaz Universitetində keçiriləcək seminar “BethClip” layihəsinin rəhbəri Rəşid Əliyevin təqdimatında reallaşacaq.

Belə ki, 15-30 sentyabr tarixlərində “Silikon Vadisi”ndə səfərdə olan R.Əliyev öz təcrübəsini startapçı və startaplarla maraqlanan gənclərlə bölüşəcək. Seminarın mövzularına “Silikon Vadisində “Startup”-lar”, “Startup”-lar Vadidəki investorların gözü ilə”, “Haradan gəlib, hara gedirsən?”, “İstifadəçilər (traction)”, “Vadidə və digər yerlərdə böyümə”, “Vadi investorlarına nə zaman və necə müraciət etməli?”, “İnkubator və Akseleratorlar - bizdə və Vadidə” daxildir.

“Startup İstanbul” – “BethClip”in təcrübəsində” mövzusunu isə Nigar Mövsümlü təqdim edəcək.

Qeyd edək ki, “BethClip” layihəsi “QUTechnopark”ın təşkil etdiyi “Yeni Fikir 2014” Müsabiqəsinin qalibidir.

Həqiqət İSABALAYEVA