BethClip Startup İstanbulda

26 Sep 2014 11:22
BethClip Startup İstanbulda

Yeni Fikir 2014 Müsabiqsində birinci yeri qazanmış BethClip layihəsi Startup İstanbulda təmsil olunur. 27 - 30 sentyabr tarixlərini əhatə edən yarışmaya qırxdan çox ölkədən mindən çox iştirakçı qatılmışdır. 200-ə yaxın investor qarşısında çıxış edən startup-ların sayı isə 100-dən çoxdur.

Qeyd edək ki,  eTohum tərəfindən təşkil olunan Startup İstanbulun əsas məqsədi  Asiya və Avropadan startupları, investorları, mələk yatırımcıları bir arada toplamaqdır.  Hazırda  seçilmiş startuplar üçün 2 gün intensiv təlim proqramı təşkil olunur.

Proqram Microsoftun Türkiyədəki ofisində baş tutacaq və  29 Sentyabrda Pitch mərhələ ilə davam edəcək.