BethClip layihəsi Ukraynada keçirilən Lion Farm proqramında final mərhələsinə yüksəldi

18 Aug 2014 10:37
BethClip layihəsi Ukraynada keçirilən Lion Farm proqramında final mərhələsinə yüksəldi

Lion Farm - Imperious Group vençur fondu  və Happy Farm biznes sürətləndiriciləri tərəfindən keçirilən toxumdan əvvəlki mərhələdə olan İT Startup-ları üçün 6 həftəlik sürətləndirmə proqramıdır.

Proqram çərçivəsində iştirakçılar ABŞ-dan və Avropadan olan 30 mentor ilə işləmək imkanı əldə edirlər. Uğur qazanmış komandalar isə Silikon Vadisində təcrübə imkanı və 30 000$ - dan başlayan investisiya qazana biləcəkdir.

Yeni Fikir 2014 müsabiqəsində birinci yeri qazanmış BethClip komandası 16 avqust tarixində Ukraynanın paytaxtı Kiyevdə münsiflər qarşısında uğurla çıxış edərək dünyanın müxtəlif yerlərindən dəvət almış 41 komanda arasından ilk 15-liyə düşərək 6 həftəlik sürətləndirmə proqramında iştiraka və investisiya uğrunda mübarizəyə haqq qazanmış oldu.

Buna görə də 18 avqustdan başlayaraq BetClip komadası 2 həftə Kiyevdə mentorlarla birgə işləyərək layihələrini inkişaf etdirəcəklər. Daha sonra isə Azərbaycana qayıdacaq komanda üzvləri buradan 2 həftəlim distans təlimlər, seminarlar və mentor dəstəyi əldə edəcəklər. Növbəti 2 həftədə isə komanda Apple, Microsoft kimi dünya nəhənglərinin yer aldığı və Startup dünyasının mərkəzi hesab olunan Silikon Vadisində təcrübə keçəcəkdir.