İnformasiyanın dəyərə çevrilməsinin təmin edilməsi üçün ekosistemin formalaşdırılması əsas şərtdir

18 Jun 2014 20:25
İnformasiyanın dəyərə çevrilməsinin təmin edilməsi üçün ekosistemin formalaşdırılması əsas şərtdir

22-23 May 2014-cü il tarixlərində Türkiyənin Kayseri şəhərində keçirilən Universitet Sənaye Əməkdaşlıq Mərkəzləri Platformasının ( ÜSİMP ) 7-ci Milli Konqresindən döndükdən qısa bir müddət sonra ODTU Texnoparkından yeni proqrama dəvət aldıq.

16-18 iyun 2014-cü il tarixlərində ODTU Texnoparkı “İnformasiyanın dəyərə çevrilməsinin təmin edilməsi üçün doğru ekosistemi formalaşdırmaq: ODTU Texnoparkı” adlı proqrama ev sahibliyi edirdi. Proqram ODTU Texnoparkı, Avropa Sərmayə Bankı, CMİ, İSESCO və UN-ESCWA Technology Center-ın birgə əməkdaşlığı ilə keçirildi. Müxtəlif ölkələrdən gənə mentorların və mütəxəsislərin iştirakı ilə keçirilən proqramda Azərbaycandan Qafqaz Universiteti Texnoparkını (QUTechnopark) təmsilən mən də iştirak etdim. Proqramda məruzə və müzakirələr ingilis və fransız dillərində idi.

Proqramdan sonra Ankaranın ən böyük sənaye mərkəzi hesab olunan OSTİM ziyarəti də üfüq açıcı oldu. OSTİM-də 10000-dən çox sahibkar fəaliyyət göstərir. Burada Azel Elektronik şirkətinin qurucu ortağı Famil Sultanovla birlikdə bir-neçə şirkətin sahiblərini (eləcə də idarəçiləri ilə) ofis və ya fabriklərində ziyarət edərək görüşlər keçirdik. Görüşlərdə OSTİM-in sənaye imkanları ilə yanaşı, Azərbaycanda iş birliyinin formalaşdırılması yollarını da müzakirə etdik. Bu məqsədlə onlara QUTechnopark-da ofis təklifi etdik.

Digər proqramlarda olduğu kimi, bu konfrasın da düşündürdüklərindən yaza bildiyim qeydlərimdən bəzilərini Sizlərlə paylaşıram:

 

- Firmaların fərqli ortamlarda tanıtımları həyata keçirməli və akademik heyətlə, həmçinin tələbələrlə, ortaq çalışma fürsətləri formalaşdırılmalı
- YFM qalibi komanaların fərqli ortamlarda təqdimatlarının təşkili (tanıtım və investor tapma məqsədli görüşlər, tələbələrin təşviq olunması və s.)
- Texnoparklarda ekosistemin inkişaf etdirilməsi məqsədi ilə aparılan müzakirələrdə ən çox işlənən kəlimələr araşdırma və tətbiq imkanlarını aktuallaşdıran ifadələrdir. Araşdırmanı yerinə yetirən akademik heyətdirsə, əldə edilən nəticələrin tətbiq imkanlarını formalaşdıran isə iş dünyasının təmsilçiləri olacaqdır. Əslində bu iki tərəf prosesin əvvəlindən bir arada olsalar nəticələr daha effektli olmaqla yanaşı, həm də risklərin azlığı baxımından da əlverişli olacağı qənaətindəyik. (Burada texnoprklar iki tərəf arasında elə bir mövqeyə hakimdir ki, bu mövqedə hər iki tərəfin maraqları öz əksini tapır.) Belə bir şərait isə universitet və ya elmi tədqiqat institutlarının yanında formalaşdırılacaq, çox sayda şirkətlərin inkişafına və fəaliyyətinə ev sahibliyi edən, o cümlədən yeni sahibkarlıq subyektlərinin formalaşmasına zəmin verən, sənayenin inkişafında mühüm rol oynayacaq yüksək texnologiyalar itehsal edə bilən texnoparklarda mümkün olacaqdır. Bu texnoparklarda akademik heyətlə sənayeçinin ortaq fəaliyyəti arzuolunan ekosistemin inkişafına zəmin verəcəkdir.
- Ekosistem tərəflərə müxtəlif ölçülərdə partnyorluq və ortaqlıq fürsətləri verəcəkdir. Bu tip fəaliyyətlər sənayeçi ilə akademisyen arasında olmaqla yanaşı, həm də iki və ya daha çox şirkət arasında da mümkün olacaqdır.
- Proqramda şirkət təmsilçilər geniş şəkildə təmsil olunublar. Həmin şirkətlər ki, bu firmalar Ar-Ge fəaliyyətlərinə əhəmiiyyət verir və bu çalışmaların nəticəsi ilə xeyli böyüyə biliblər. (Aselsan, Arçelik və s.) Firma nümayəndələri təcrübələrini bölüşməklə yanaşı, təklifləri ilə də akademik fəaliyyətlərə yeni üfüqlər açırlar.
- Texnoparklar davamlı olaraq “novhav” formalaşdırmaq və inkişaf etdirməklə firmaların və akademisyenlərin çalışma imkanlarını genişləndirməlidir. İşgüzar çevrənin davamlı olaraq inkişafı önəmli amillərdəndir. Bu həm iş dünyasına baxan yönü ilə, həm də akademik heyətə baxan tərəfi ilə baş verməlidir. Bu zaman yeni ideya axınışının davamlılığı və bu sahənin inkişafı üçün formalaşdırılacaq mühit hər zaman diqqət mərkəzində tutulmalıdır. Novhav-ın inkişafında beynəlxalq təcrübə ciddi rol oyanayacaqdır.
- Daha inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən bəzi firmalarda, əvvəllər aktiv olmuş bəzi projelər mövcuddur ki, hazırda həmin projelər (proqramlar və s.) aktivliyini itirərək “rəflərdə unudulub”lar. Bəzi hallarda həmin “unudulmuş” proqramlar digər ölkələrdə aktivliyini faydalı ola bilər.
- Ekosistemin inkişafında motivasiya amili – dövlət dəstəkləri, mələk yatırımçılar, büyük şirkətlərin profosional yanaşması əhatəsində texnoparkdakı fəaliyətləri, gənclərin girişimçi yanaşması...
- Ekosistemin inkişafında girişimçilik mühüm amillərdəndir.
- Ekosistemin hansı tərəfindən bəhs edilirsə edilsin mövzu gənclərin gənclər girişimçi fəaliyyətləri üzərinə gəlir.
- Netvork – müxtəlif tərəflər arasında gerçəkləşdirilən netvork daha faydalı olur.
- Biznes inkubatorların inkişaf etdilməsi davamlılıq xarakterində olmalıdır.
- Azad iqtisadi zona – ağıllı iqtisadi zonalar (texnoparklara ağıllı iqtisadi zonalar kimi baxa bilərikmi?)
- Ağıllı kəndlər (bazarın aktivləri “ağıllı”lar olduğu bir zamanda kənd təsərrüfatının da intensiv inkişafı üçün ağıllı kəndlərin formalaşdırılması səmərəli nəticələri ilə seçilən metod ola bilər.)
- Hər bir sahənin özünəməxsus potenasial imkanları mövcuddur. Potensial imkanlar eyni sahələr üçün müxtəlif ölklərdə (həmçinin məntəqələrdə) fərqli ola bilər. Bu prosesdə əhalinin ixtisaslaşması, sosial-psixoloji vəziyyəti, motivasiyası, ehtiyaclarının bilinməsi və bu ehtiyacların həlli üçün yanaşmaları, təbii potensial imkanlar, regional strateji mövqe və s. nəzərə alınmalıdır. Regional və ya sahəvi inkişafda mövcud potensialın doğru qiymətləndirilməsi, xəstənin sağalması üçün ona qoyulan doğru diaqnoz kimidir. Səhv qoyulan diaqnoza əsasən tətbiq olunan müalicə yeni fəsadların ortaya çıxmasına səbəb olduğu kimi, potensialın doğru qiymətləndirilməməsi həmin region (və ya sahə) üçün nəinki inkişafdan qalma, həm də geriləməyə səbəb olacaqdır. Bu bütün sahələrdə belədir.
- Dəstəkləyici tərəflər (dövlət, invetorlar və s) bu istiqamətdə işlərini qurarkən mövcud potensialın doğru və səmərəli istifadə olunmasını nəzərə almalıdırlar.
- Girişimçinin motivasiyası nədir? Girişimçiliyə cəlb etmək üçün hansı motivəedici amillərdən istifadə etmək lazımdır?
- Neft zənginləri sayılan Ərəb ölkələri texnopark quruculuğunda aktivlik nümayiş etdirirlər. 
- Texnoparklarin inkişafı üçün ölkədaxili  və  regional ekosistemin əhəmiyyəti önəmlidir.

 

Yer:      ODTÜ Teknokent İkizler Konferans Salonu,

ODTÜ Teknokent İkizler Binası, Zemin Kat 06800, Çankaya - ANKARA

Hörmətlə,

Dos. İsa Qasımov

QUTechnopark-ın direktoru