ÜSİMP 7-ci Konqresində QUTechnopark da təmsil olunacaq

22 May 2014 12:50
ÜSİMP 7-ci Konqresində QUTechnopark da təmsil olunacaq

Türkiyənin Erciyes Universitetinin ev sahibliyi ilə reallaşdırılacaq,  təhsil , tədris və araşdırma fəaliyyətlərinin yanında yeni texnologiya istehsalına , istehsal olunan texnologiyaların cəmiyyətə çatdırılmasının təşviq edilməsinə və universitetlərdə texnologiya transfer mexanizmlərin inkişaf etdirilməsinə və sənaye sektorunun texnologiya idxal edən və istifadə edən bir quruluşdan , texnologiya istehsal edən və ixrac edən , universitetlər ilə təsirli bir əməkdaşlıq içində olan və rəqabət gücü yüksək bir quruluşa dönüştürülməsinə , iştirak etmək məqsədi ilə 2007-ci ildə işə başlayan Universitet Sənaye Əməkdaşlıq Mərkəzləri Platforması ( ÜSİMP ) , 7-ci Milli Konqresini 22-23 May 2014 tarixləri arasında Türkiyənin Kayseri şəhərində keçiriləcəkdir.

 

Erciyes Universiteti və Mühəndislik dekanları Şurasının əməkdaşlığı ilə reallaşdırılacaq olan ÜSİMP 7-ci Milli Konqresi , Elm və Texnologiya siyasəti və Elm və Texnologiya Yüksək Kabinetinin qərarlarının davamlı inkişafına qatqı təmin edəcək AR-GE və İnnovasiya ekosistemin bütün əməkdaşlarından ; özəl sektor , ali və təhsil sistemi və ictimai qurum və təşkilatlarının nümayəndələrini bir araya gətirməyi hədəfləyir.

 

Qeyd edək ki, 22-23 May 2014 tarixlərində Erciyes Universitetində keçiriləcək 7. ÜSİMP Milli Konqresində Qafqaz Universitetinin Prorektoru Şahin Durmaz , Universitet - İş dünyası əlaqələri üzrə prorektor Uğur Arif Bölək və Qafqaz Universiteti Texnoparkının müdürü İsa Qasımovda iştirak edəcək.