“Yeni Fikir Müsabiqəsi 2014” layihəsinin qalibləri elan olunub

19 May 2014 10:32
“Yeni Fikir Müsabiqəsi 2014” layihəsinin qalibləri elan olunub

QUTechnorak (Qafqaz Universiteti Texnoparkı - http://qutechnopark.az) qurulduğu gündən etibarən Azərbaycanda sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də texnoparkda ekosistemin inkişaf etdirilməsi üçün müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri də “Yeni Fikir Müsabiqəsi”dir (YFM). YFM-nin əsas məqsədi gənclər arasında sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir. Müsabiqədə müxtəlif sahələr üzrə yeni iş fikirlərinin inkişafına dəstək verilir. 
YFM ildə bir dəfə keçirilir. Bu müsabəqdə iş fikri ilə şirkətini qurmaq istəyən hər kəs iştirak edə bilir.YFM 2014 layihəsinə isə 01 noyabr 2013-cü ildən etibarən start verilib. YFM 2014 əsasında 229 müraciət qəbul edilib ki, onlardan 169 iş fikri qiymətləndirmə prosesinə alınıb. Yarımfinala vəsiqə qazanmış 24 iş fikirlərindən 10-u isə finala vəzsiqə qazanıb. 
Finalda isə qiymətləndirmənin nəticələrinə əsasən real biznesə yaxın ən yaxşı 5 iş fikri layihəsi qalib olaraq seçilib. YFM 2014 Layihəsinin qaliblərinə şirkətləşməsi üçün İnkubasiya Mərkəzində ofis, mentor, təlim, məsləhət kimi köməkliklərlə yanaşı, ilk 3 yeri tutan layihə qrupları müvafiq olaraq 10000 manat, 5000 manat və 3000 manat maliyə vəsaiti ilə mükafatlandırılıb. 
Bakı Biznes Mərkəzində keçirilən, ictimaiyyətin də müşahidə etmə imkanı olan Final Proqramında YFM 2014 layihəsinin qalibləri elan olunub:

1-ci yer - BethClip

2-ci yer - TUNING FORK

3-cü yer - Timi`s Aerial Vehicle (Smartplane)

4-cü yer - Antiviruslar.az

5-ci yer - GriG layihələri

Münsiflər heyətinin üzvü Elnur Ələsgərli bildirib ki, bu cür tədbirlər gənclərin yeni iş ideyalarının üzə çıxmasına xidmət edir. Bu da öz növbəsində ölkəmizin gündən günə inkişaf edən iqtisadiyyatına öz töhfəsini verəcək. 
Qalibləri təbrik edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç gənclərin müsabiqədə fəallıq göstərməsinə sevindiyini, universitetdə hər zaman belə müsabiqələrin keçirilməsinə dəstək olduğunu bildirib.
YFM haqqında ətraflı məlumatı http://yenifikir.az elektron ünvanından əldə etmək olar.

İlkin