USİMP 7-ci Konqresində QUTechnopark da təmsil olundu

28 May 2014 18:05
USİMP 7-ci Konqresində QUTechnopark da təmsil olundu

Türkiyədə 2007-ci ildən etibarən hər il keçirilən Universitet Sənaye Əməkdaşlıq Mərkəzləri Platformasının ( ÜSİMP ) 7-ci Milli Konqresi 22-23 May 2014 tarixlərində Kayseri şəhərində keçirildi. 7-ci Milli Konqrensinə Türkiyənin Erciyes Universiteti ev sahibliyi etdi. ÜSİMP 7-ci Milli Konqresi Erciyes Universiteti və Mühəndislik dekanları Şurasının əməkdaşlığı ilə reallaşdırıldı.

Konqresdə AR-GE (araşdırma gəlişdirmə) və innovasiya ekosistemlərinin bütün əməkdaşlarından – dövlət sektoru, özəl sektor, ali təhsil sistemi, ictimai qurum və təşkilatlarının nümayəndələri bir araya gəldilər.

ÜSİMP Milli Konqresi ölkənin inmişafını aşağıdakı istiqamətlər əsasında təşviq edərək dəstəkləyir:

 

  • universitetlərdə tədris və araşdırma fəaliyyətləri ilə yanaşı, yeni və yüksək texnologiya istehsalı,
  • yeni texnologiyaların tətbiqinin genişləndirilməsi,
  • universitetlərdə texnoloji transfer mexanizmlərinin inkişafı,
  • sənayenin yüksək texnologiya idxal və istifadə edən formasından yüksək texnologiya istehsal və ixrac edən formasına çevrilməsi,
  • iş dünyasının universitetlərlə sıx və səmərəli əməkdaşlıq formasında fəaliyyəti,
  • ölkə iqtisadiyyatının müsbət saldoya malik, rəqabət gücü yüksək, həmçinin dayanıqlı inkişaf formasına çevrilməsi.

Nəzəri və praktik tərəfləri ilə çox səmərəli təşkil olunan ÜSİMP 7-ci Milli Konqresindən faydalanmaq üçün biz də (Qafqaz Universiteti İş Dünyası ilə Əlaqələr üzrə prorektoru dos. Uğur Arif Bölək, QUTechnopark İdarə Heyətinin sədri dos. Şahin Durmaz və QUTechnopark-ın direktoru dos. İsa Qasımov) bu proqramda iştirak etdik.

Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən faydalanaraq təhsilin tətbiq yönümlü inkişafında əhəmiyyətli reformlara nail olan Türkiyəli tədqiqatçılarla bir arada səmərəli müzakirələrə ortaq olduq. Belə proqramlarda müzakirə, müşahidə və tanışlıqlar gələcəkdə əhəmiyyətli layihələrlə öz nəticəsini verir.

 

Konqresdə iştirak edərkən yaza bildiyim bəzi qeydləri sizinlə paylaşıram:

  • İnkişafda davamlılığn təmin olunması önəmlidir.  Layihələrin işlənməsi və tətbiqində davamlılıq prinsipinin təmin olunması səmərəli nəticələrin artamsına səbəb olacaq. Davamlılığı olmayan proseslər, əksər hallarda,  böyük reformlara səbəb ola biləcək elmi nəticələri ortaya çıxara bilmir. Davamlılığın təmin olunması prosesində dövlət və digər dəstəklər kimi amillərin nəzərə alınması və monitorinqi zəruridir.
  • Davamlılığın təmin olunması üçün dəstklərin ayrılmasında müsbət niyyətlililk səmərəli nəticələrin ortaya çıxmasında ciddi rol oynayır.
  • Texnoparklarda hansı şirkətlər gəlməlidir? Texnoparkın imkanlarından istifadə edən şirkətlərin fəaliyyətində Ar-Ge önəmlidir.
  • Yüksək texnologiya istehsalında liderlər çıxara biləcək fəaliyyətlər diqqət mərkəzində tutulmalıdır. Bu fəaliyyətlər ölkənin beynəlxalq nüfuzunun inkişafında əhəmiyyətli rol ala bilər.
  • Texnoloji Transfer Ofisləri (TTO)  Universitetlərdəki  bilgini ticariləşdirəcəkdir. Bəs bu bilgini kim alacaq? İnvestisiya imkanı olan hər zaman öndə olmalıdırmı? Bu mövzuda qərar vermək lazımdır. Bu proses ölkədaxili çıxarları qorumaqla yanaşı, ölkəxarici çıxarlarımıza qarşı olmamalıdır. Texnoloji satan bir ölkəyə çevrilmək üçün qərarlılığımız bu məsələyə aydınlıq gətirə bilər. Biz texnoloji istehsalında və ya texnolojinin satışında nə qədər qərarlıyıq?
  • Universitet-Sənaye əməkdaşlığında eyni dildən danışa bilən ortamın formalaşdırılması (3 Ç prinsipi )
  • Kayseridə iş adamlarının dialoqundan: “Xeyrin qədər danış.” (Bir iş adamı digər iş adamına bu formada sual edir: Universitet üçün hansı binanı inşa etdin? Xeyrin qədər danış)
  • Beyin mərkəzləri elə bir yerdir ki, orda dünyanın ən bahalı potensialı (sərəvtləri) mövcuddur. Beyin mərkəzlərindən faydalanmaq istəməmək və ya ona əhəmiyyət verməmək... Beyin problemi olan fərdlərə cəmiyyətimizdə dəli deyilir. Cəmiyyətimizin beynində problem olarsa, buna nə ad vercəyik. Bəlkə, beyin mərkəzləri formalaşdıraq və cəmiyyətimizi arzu olunan formada inkişaf etdirək...
  • Universitetlərin Ar-Ge büdcəsi hansı vəziyyətdədir?
  • Ticariləşə bilən araşdırmalar nə qədərdir?
  • Yenilikçilikdə dünya ilə rəqabətliliyi təmin etməli. Innovasiyanın topluma yarara dönüşməsi nə deməkdir?
  • Araşdırma – Təhsil – Xidmət
  • Yüksək qatma dəyərlərə malik sənayeləşmənin təmin olunması zəruridir.
  • Məhsula çevrilə bilən araşdırma ortaqlığı ilə inkişaf edən elm - insanlığın xidmətindədir
  • Məktəbdəki yanaşmaya uyğun gəlməyən bazar yeni texnologiyalar istehsalına mənfi təsir edir (və ya əksinə)
  • Akademik girişimçilik dəstəklənməli və inkişaf etdirilməlidir.
  • Akademik araşdırma ilə sənayeni bir arada tuta bilmək önəmlidir.
  • Stratejik düşünərək ortaq çalışmaq lazımdır.
  • İş fikirlərini anlatmaqdan zövq almalıyıq.
  • Yüksək texnologiyalar istehsalında əsas olan ortaya qoyulan imkanlardan daha çox girişimçi mədədniyyətə malik insanların bir arada çalışa bilməsidir. Girişimçi yanaşma və ya girişimçi mədədniyyət yüksək texnologiya istehsalında davamılığa müsbət təsir edən ən önəmli amillərdəndir. Silikon vadisinin ən üstün cəhətlərindən biri də burada girişimçi mədəniyyətin formalaşdırılmasıdır. Silikon vadisində insanlara nə işlə məşğulsan sualını verdiyiniz zaman, onalr zövqlə öz iş fikirləri haqqında Sizə bəhs edirlər. Dirgər bir məqam isə Silikon vadisində könüllü olaraq mentorluq mədəniyyətinin olmasıdır. Burada insanlar mentorluq təcrübəsini heç bir təməna gözləmədən Sizinlə paylaşa bilir. Bu çox önəmli mədədniyyətdir.  Silikon vadisinin  mələk yatırımçı mədədniyyəti də innovasiyaların inkişafı üçün münbit şərait formalaşdıran amillərdəndir. Mələk yatırımçılar əllərindəki sərmayənin bir hsissəni yeni formalaşan startuplara ayırmaqdan çəkinmirlər, hətta buna ciddi maraq göstərirlər. (Pakistanlı mentor Dr. NAEEM Zafar-in Silikon Vadisi təcrübələrindən)
  • ABŞ –da mələk yatırımçılar olaraq qruplar formalaşdırlır və daha səmərəli nəticələr əldə etməyə çalışırlar. Bu yanaşma gənclər arasında girişimçi yanaşmanı (mədəniyyəti) daha da gücləndirir.
  • Girişimçiyə ən pis təsir edən faktorlardan biri də başarısız olduğu zaman ətrafının ona göstərdiyi mənfi təsirlərdir. Bu vəziyyət təkcə həmin girişimçini deyil, onunla birgə daha çox insanı girişimçi yanaşmadan uzaqlaşdıra bilir. Ona görə də girişimçi mədədniyyəti çox önəmlidir. Bu prosesdə girişimçinin cəsur xarakteri  öz işini görməlidir. Əmin olun ki, firmanızı qurduğunuz zaman daha çox təsirli olacaqsınız. (Pakistanlı mentor Dr. NAEEM Zafar-in Silikon Vadisi təcrübələrindən)
  • Mələk yatırımçılıq həm də sosial sorumluluq duyğusu ilə “nəm”lənsə də qazanc məqsədli olmalıdır. Bu vəziyyət davamlılığı da təmin edəcəkdir.
  • Ekosistemin bütün oyunçuları ilə iş birliyində ola bilmək lazımdır.
  • 4 tərəfli iş bilriyi:
  1. Universitet (sayılan, potensiallı olan, referansları olan)
  2. Ar-Ge büdcəsi olan şirkətlər
  3. Finansmanlar
  4. Girişimcilər
  • Başarılı olan - başarıcam deyib, çalışmaya başlaya bilən və sonunda başara bildim deyə biləndir.
  • Girişimçilik mədəniyyətinin inkişafında maraqlı olması vacib olan tərəflər:
  1. Universitetlər
  2. İş dünyası
  3. Dövlət
  4. Cəmiyyət
  • Teknolojinin inkişafında girişimçilik amili önəmlidir.
  • Akademisyenlerə nisbətən girişimçi iş adamlarının fikirləri daha dolğun, daha real və gerçəkci olduğunu müşahidə edirəm.
  • Mentorluq bacarıqları olan, həvəskar, təcrübəli akademisyenləri yetişdirən bir cəmiyyət girişimçilər üçün münbit ortamdır. Akademisyen yerinə yetirdiyi elmi araşdırmaların nəticələrinin tətbiqində nə qədər maraqlıdırsa, onun mentorluq bacarıqları da bir qədər çox inkişaf edə bilir. Elmi araşdırmalar sifariş əsasında baş verirsə, bu nəticənin daha səməmərli olmasını təmin edir.
  • Təkcə fikirə potent alınarmı? Bu fikir bazara çıxarıldığı zaman nə işə yarıyacaq?
  • Girişimçilik mədəniyyətinin inkişaf etdirilməsi daha çox dəstəklənməlidir. Çünki dünyada rəqabətlilik sürətlə inkişaf edir.
  • İş adamı deyir: - Biriləri gəlib mənim problemimi mənə deməlidir. Mən bir çox halların problem olduğunu bilməyə bilərəm.  Akademisyen gözləməməlidir ki, iş adamı onu çağırıb deyəcək ki, mənim falan problemim var onu həll edin, deyə.
  • Fikri olmayan insan yoxdur. Hansı fikir innovasiyaya səbəb olcaq?
  • Ticarətlə əlaqəsi olmayan girişimçiyə necə dəstək verməli? Ona investisiya dəstəyi versək və ya çalışma üçün ofislə təmin etsək nəticə necə olacaq? Məncə, uğurlu nəticələr sərgiləyə bilən girişimçilər ticarətdən anlayanlardır. Davamlı olaraq dəstək gözləyən girişimçilərin uğurlu olması çox da mümkün görünmür.
  • Fikri olan girişimçi, öz fikrinin inkişafı üçün müxtəlif metodların zamanında tətbiq olunmasını da bilməlidir. Doğrudur, dəstəkləyici ortam önəmlidir. Ancaq dəsətklər davamlılğını qorumaqla yanaşı, girişimçini rahata öyrətməməlidir. Hər bir uğurlu girişimçinin başarılı bir fikri olmaqla, hər bir uğursuz “girişimçi”nin də bir bəhansi vardır. Əslində isə,  girişimçinin uğursuzu olmaz. Öz fikri ilə şirkətini qurmağa çalışan şəxsin bu istiqamətdəki fəaliyyətləri uğursuz nəticələnsə də, qazandığı təcrübələr onun inkişafında mühüm rol oynayır. On görə də girişimçinin uğursuzu yoxdur, desək, daha doğru olacaqdır.
  • Texnoloji Transfer Ofisləri (TTO) akademik heyətlə və sənaye arasında uyğun ortamı təmin edə bilməlidir. TTO-da çalışanların həm akademisyenlərin həm də iş adamlarının dərdini anlayan və çözüm gətirə bilən insanlar olmalıdır.
  • TTO-lar Universitet-Sənaye əməkdaşlığında birləşdirici rol ala bilməlidir. Bəzən TTO çalışanları bu əməkdaşlığa mənfi təsir də edə bilər. Ona görə də TTO personeli seçərkən bu amili diqqət mərkəzində tutmaq lazımdır.
  • Girişimçi mədəniyyətinin inkişafı üçün TTO-ların fəaliyyəti önəmlidir. TTO-lar akademisyenlərin girişimçi baxışının inkişafına səbəb olmaqla yanaşı, sənayeçinin problemlərinin həllində universitet potensialından geniş iistifadə edir. Akademisyenin girişimçi fəaliyyətləri onun dərs verdiyi tələbələrin də girişimçi kimi formalaşmasında önəmli rol oynayacaqdır. Bu mənada universitetlərdə tenoparkların formalaşdırılması öz aktuallığını daha da artırır.
  • TTO-lar yenilikçi baxışını hər zaman qorumağı bacarmalıdır.
  • Yüksək texnologiya istehsalında istiqamətverici rolu oynayan ən önəmli mexanizmlərdən biri də TTO olmalıdır.
  • TTO-ların dəstəyi ilə tələbələrin praktiki yöndən inkişafı dəstəklənməli və bu prosesdə sənayeçinin maraqları təmin edilməldir. Tələbə (və ya magistr) dönəm içi aktivitələrini (kurs işi, layihə və s) iş dünyasında yerinə yetirməli və sənayeçinin problemlərinin ortaya çıxarılmasında rol almalıdırlar. Diplom və ya dissertasiya işlərnin daha böyük işlərin tədqiqinə yönləndirilməsi faydalı olacaqdır.
  • Universitetlərdə tələbələri qiymətləndirərkən onun girişimçilik baxışlarını yoxlamağa ehtiyac varmı?
  • Əməkdaşlıqda ünsiyyət və hadisələrin fəqrinə vararaq davranmaq önəmlidir.

 

ÜSİMP 7-ci Milli Konqresi haqqında

FOTOĞRAFLAR

TTO 4. Ağ Toplantısı Fotoğrafları : https://picasaweb.google.com/113322871393885377217/4TTOAgToplantS#

ÜSİMP ve MDK Toplantı Fotoğrafları: https://picasaweb.google.com/113322871393885377217/7USIMP28MDK201403

Proje Park 2014 Fotoğrafları: https://picasaweb.google.com/113322871393885377217/ProjePark2014

28. MDK Özel Oturumu Fotoğrafları : https://picasaweb.google.com/113322871393885377217/28MDKOzelOturumu

Kodla Kazan Hackathon Ödül Töreni Fotoğrafları: 

https://picasaweb.google.com/113322871393885377217/KodlaKazanHackathonOdulToreni

SUNULAR

Kongre Sunuları: https://drive.google.com/folderview?id=0B-Bq6hr3WzdeT3IyX3BPREdlUXc&usp=sharing

POSTERLER

7. Üsimp Kapsamında Kabul Edilen Posterler:

https://drive.google.com/folderview?id=0B Bq6hr3WzdeSkx1c3c3Z0MtU0k&usp=sharing