Final Proqramı Bakı Biznes Mərkəzində keçiriləcək

15 May 2014 10:05
Final Proqramı Bakı Biznes Mərkəzində keçiriləcək

Yeni Fikir Müsabiqəsi (YFM) 2014 Layihəsinin Final Proqramı 17 May 2014-cü il tarixində, geniş ictimaiyyətin iştirakı ilə, Bakı Biznes Mərkəzində keçiriləcəkdir. Final Proqramını arzu edən kəs müşahidə edə biləcək. Ətraflı: http://yenifikir.az/az/pages/Final-49.html

YFM QUTechnorak-ın (Qafqaz Universiteti Texnoparkı - http://qutechnopark.az/) Azərbaycanda gənclər arasında sahibkarlıq yanaşmasının inkişafı üçün həyata keçirdiyi layihəsidir. Müsabiqədə müxtəlif sahələr üzrə yeni iş fikirlərinin inkişafına dəstək verilir.

YFM 2014 layihəsinə isə 01 noyabr 2013-cü ildən etibarən start verilmişdir. Hazırda finala vəqsiqə qazanmış layihələrin qiymətləndirilməsi prosesi davam edir. Qeyd edək ki, YFM 2014 əsasında 229 müraciət qəbul edilmişdir ki, onalardan 169 iş fikri qiymətləndirmə prosesinə alınmışdı. Yarımfinala vəsiqə qazanmış 24 iş fikirlərindən 10-u isə finala vəzsiqə qazanıb.

Finalda isə  qiymətləndirmənin nəticələrinə əsasən real biznesə yaxın ən yaxşı 5 iş fikri layihəsi qalib olaraq seçiləcəkdir. YFM 2014 Layihəsinin qaliblərinə şirkətləşməsi üçün QUTechnopark-ın  İnkubasiya Mərkəzində ofis, mentor, təlim, məsləhət kimi köməkliklərlə yanaşı, ilk 3 yeri tutacaq layihə qruplarına müvafiq olaraq 10000 manat, 5000 manat və 3000 manat da əlavə maliyə vəsaiti ayrılmışdır.

YFM haqqında ətraflı məlumatı http://yenifikir.az/ elektron ünvanından əldə etmək olar.