Azərbaycanlı tələbələrin robotu qalib gəldi

13 May 2014 12:37
Azərbaycanlı tələbələrin robotu qalib gəldi

Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin Robototexnika qrupunun yaratdığı "QUsumo" komandası 8-12 May 2014-cü il tarixlərində Ruminiyada keçirilən "İnfomatrix" beynəlxalq yarışmasına qatılıb. Yarışmaya müxtəlif ölkələrdən çox sayda komanda qatılıb. "QUsumo" komandasının hazırladığı LEGOSUMO yapon güləş robotu bütün komandaların robotlarını məğlub etmiş və qızıl medala layiq görülüb.
Qafqaz Universiteti kompyuter mühəndisliyi ixtisasında təhsil alan Əsəd Məmmədov və Tərlan Bakirli adlı iki tələbənin iştirak etdiyi bu olimpiada robot sahəsində dünyada ən səviyyəli olimpiada kimi qəbul olunur. Olimpiada dünyada zonalar üzrə 5 ölkədə təşkil olunur və dərəcəyə daxil olan komandalar finala vəsiqə qazanır.
Komanda ölkəmizə qayıtdıqdan sonra bu nailiyyətlərini ölkə ictimaiyyəti ilə mətbuat vasitəsi ilə daha geniş şəkildə bölüşəcək.

İlkin