Qafqaz Universiteti Texnoparkının təşkilatçılığı ilə innovasiya seminarları keçirildi

14 Jan 2014 17:11
Qafqaz Universiteti Texnoparkının təşkilatçılığı ilə innovasiya seminarları keçirildi

Sahibkarlığın inkişafına "Yeni Fikir Müsabiqəsi", "Təşəbbüskarlıq" və digər layihələri ilə dəstək verən Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) beynəlxalq təcrübənin öyrənilməsinə əhəmiyyət verir. Bu məqsədlə, mütəmadi olaraq, xarici ölkələrdən təcrübəli mütəxəssislər dəvət edilir. Bu barədə universitetin mətbuat xidmətindən qəzetimizə məlumat verilib. QUtechnopark-ın bu dəfəki qonağı Türkiyədə fəaliyyət göstərən “ABC Danışmanlık və Təhsil Ltd.” şirkətinin sahibi, həmçinin təcrübəli seminarçı Yekta Özözer idi. Yekta Özözer Türkiyədə və xaricdə fəaliyyət göstərən xeyli sayda böyük firmalara "innovasiya", "yaradıcı", "konfliktlərin həll edilməsi", "idarəçilik" və "motivasiya" mövzularında dəstək verir. 10-12 yanvar 2014-cü il tarixlərində Bakıda olan Yekta Özözerlə birgə bir neçə dəfə seminar təqdimatlarla yanaşı, müxtəlif görüşlər də keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin müşaviri Rəhim Hüseynovla başlayan görüşlər, daha sonra Qafqaz Universitetində davam etdirildi. Universitetin professor-müəllim heyəti, həmçinin QUTechnopark İdarə heyəti ilə birgə sənayenin inkişafında innovasiyaların rolu müzakirə olundu.
QUTehnopark-ın təşkil etdiyi Yeni Fikir Müsabiqəsində (YFM) iştirak edən gənclər Yekta bəyin təqdimatında innovasiya seminarı verildi. Seminarda müxtəlif universitetlərdən tələbə və magistrlər, eləcə də maraqlanan tərəflər iştirak etdi. Seminarın sonunda Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç qonağa xatirə plaketi təqdim etdi.
Mütəxəssis Yekta Özözərin fərqli yanaşmaları müxtəlif iş adamlarının marağına səbəb olduğu üçün TÜSİAB və İpək Yolu Sahibkarlığa Dəstək İctimai Birliyində də əlavə görüşlər keçirildi. Bu gösrüşlərdə iş adamları ilə birgə rəqabətə davamlılığın təmin olunmasında innovativ yanaşmaların rolu müzkirə olundu. Yekta bəyin təqdimatında qeyd olunan innovasiya nümunələri maraqla aqarşılandı.
11 Yanvar 2014-cü il tarixində isə iş dünyasından müxtəlif şirkətlərin iştirakı ilə, bir günlük "İnnovasiya" seminarı keçirildi. Seminar QUTechnopark və TÜSİAB-ın təşkilatçılığı, həmçinin İpək Yolu Sahibkarlığa Dəstək İctimai Birliyi və Qafqaz Baku City Hotelin partnyorluğu ilə baş tutdu. Nazirliklər, AMEA, müxtəlif universitetlər və iş dünyasından olmaqla 40 nəfərin iştirak etdiyi seminar iştirakçıalrına təşkilatçılar tərəfindən sertifikatlar verildi.

http://palitranews.az/news.php?id=16661