“Yeni Fikir” qaliblərin qazanacaqları mükafatları açıqladı

28 Nov 2013 12:29
“Yeni Fikir” qaliblərin qazanacaqları mükafatları açıqladı

Bir müddət öncə Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən QUTechnopark-ı tərəfindən keçirilən “Yeni Fikir” müsabiqəsinin sayca ikinci, 2014-cü il üçün hissəinin başlanması haqqında məlumat vermişdik. Bu gün isə sizlərə həmin müsabiqənin təşkilatçıları tərəfindən, müsabiqədə qalib gələcək lahiyələrə ayrılacaq qrant məbləği və mükafatlar haqqında məlumatı paylaşmaq istərdik. ”Yeni Fikir” müsabiqəsinin rəsmi saytından əldə edilən məlumata əsasən qaliblər aşağıdakı Pul və digər mükafatları əldə edəcəklər:

Pul Mükafatları (Ayrılan Vəsaitlər Iş Fikirlərinin Şirkətləşməsi Üçün Xərclənəcəkdir)

  • 1-ci yer 10 000 manat
  • 2-ci yer  5000 manat
  • 3-cü yer 3000 manat

Digər Mükafatlar

  1. Münsiflər heyəti tərəfindən seçilən ən yaxşı iş fikri sahibi olan 5 qrup QUTechnopark İnkubasiya Mərkəzində 1 il müddətində ofislə təmin ediləcək.
  2. İrəli sürülən ideyanın şirkətləşməsi istiqamətində mentor dəstəyi və gərəkli təlimlər veriləcək .
  3. İrəli sürülən iş fikrinin şirkətləşməsi istiqamətində investor tapa bilmək üçün dəstək veriləcək.
  4. İrəli sürülən iş fikrinin şirkətləşməsi üçün beynəlxalq təcrübənin öyrənilməsinə dəstək veriləcək.
  5. Media (KİV) vasitəsi ilə diqqətləri cəlb etmək imkanı və lobbiçilik dəsətəyi veriləcək

YFM QUTechnopark-ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsidir. Bu layihəni keçirməklə QUTechnopark ölkədə sahibkarlığın inkişafına dəstək verir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəlməsinə səbəb olur. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.

YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilərılər.

Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə imza atdı. Beynəlxalq təcrübəyə əsaslanaraq QUTechnopark fomalaşdırıldı. YFM QUTechnopark-ın həyata keçirdiyi müxtəlif layihələrdən biridir.
Bu müsabiqənin məqsədi texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir. Bu sahələr isə: başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyalari və istehlakçi elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s.