QUTechnoparkı YENİ FİKİR 2014 müsabiqəsinə start verir.

01 Nov 2013 09:35
QUTechnoparkı YENİ FİKİR 2014 müsabiqəsinə start verir.

YFM QUTechnopark-ın (Qafqaz Universiteti Texnoparkı) təşkil etdiyi sahibkarlığa dəstək layihəsidir.

QUTechnopark-ın (Qafqaz Universiteti Texnoparkı) həyata keçirdiyi Yeni Fikir Müsabiqəsinin (YFM) növbəti layihəsi “YFM 2014″ 01.11.2013-cü ildən etibarən başlayır. YFM 2014 Layihəsində iştirak edərək öz şirkətini qurmaq istəyən gənclər www.yenifikir.az elektoron səhifəsinə daxil olaraq “online” olaraq təklif etdikləri yeni iş fikirləri əsasında qeydiyyatdan keçməldirlər
YFM QUTechnopark-ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsidir. Bu layihəni keçirməklə QUTechnopark ölkədə sahibkarlığın inkişafına dəstək verir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir. YFM təşəbbüskar gənclərin iş dünyasına açılması üçün real körpü rolunu oynayır.
YFM haqqında ətraflı məmumatı www.yenifikir.az elektoron səhifəsindən əldə etmək olar.
İKT istiqamətli layihələrə əhəmiyyət verən YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilərlər.