"Yeni fikir müsabiqəsi" haqqında Qafqaz universiteti texnoparkının müdiri Dos. İsa Qasımovla danışdıq.

05 Oct 2013 19:28
"Yeni fikir müsabiqəsi" haqqında Qafqaz universiteti texnoparkının müdiri Dos. İsa Qasımovla danışdıq.

Bu yarışmanı tənzimləmə fikri necə ortaya çıxdı və belə bir müsabiqə təşkil etməkdə əsl məqsədiniz nədir?

QUTechnopark qurulduğu gündən etibarən texnopark ekosisteminin formalaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri isə Yeni Fikir Müsabiqəsidir (YFM). YFM-nin əsas məqsədi gənclər arasında sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir. Müsabiqədə müxtəlif sahələr üzrə (startup ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidmət proqramlarl, korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları, istehlakçı elektronikası və s.) yeni iş fikirlərinin inkişafı təmin ediləcəkdir.

 

Müsabiqənin hansı sahəsinə daha çox diqqət yetirildi və birincilik mükafatını hansı layihə qazandı?

Xatırladaq ki, istər Qafqaz Universiteti, istərsə də digər təhsil ocaqlarından olmaqla gənc təşəbbüskarlar tərəfindən YFM-yə 150 komanda yeni iş fikri ilə mürəciət edilmişdir ki, onlardan da 85 iş fikri layihə şəklində  qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçən yeni iş fikirləri müxtəlif sahələrə aid olsa da, əksəriyyəti informasiya texnologiyalarının tətbiqi ilə bağlıdır.

Müsabiqənin gedişində ilkin qiymətləndirmədən 57 yeni iş fikri 2-ci mərhələyə vəsiqə qazanmışdı. Nəhayət, Final Mərhələdə gərgin keçən təqdimatlardan sonra 19 layihə qrupunun təqdim etdiyi yeni iş fikirlərindən ən yaxı beşi, qalib komanda olaraq, münsiflər heyəti tərəfindən elan edildi:

1-ci yer: “Alternativ Yanacaq” adlı iş fikri qrupu (Qafqaz Universitetinin tələbələri)

2-ci yer: “İwanna” adlı iş fikri qrupu (ATU, T.C. Qazi Universiteti və Qafqaz Universitetinin tələbələri)

3-cü yer: “Hyper Buyer” adlı iş fikri qrupu (Qafqaz Universiteti və BDU-nun tələbələri)

4-cü yer: “Robototexniklər” adlı iş fikri qrupu (ADİU və Qafqaz Universitetinin tələbələri)

5-ci yer: “Gənc Riyaziyyatçılar” adlı iş fikri qrupu (Qafqaz Universitetinin tələbələri)

Müsabiqənin Yekun Proqramında finalada iştirak edən hər bir gənc təşəbbüskar, Qafqaz Universiteti Rekroru və QUTechnopark rəhbərliyi tərəfindən,  təklif etdikləri iş fikirlərinin adını daşıyan sertifikatlara layiq görüldülər.

İlk 5-liyə girən layihələr müəyyən olundu. Bəs bundan sonrakı müddətdə nələr olacaq?

Münsiflər heyəti tərəfindən qəbul edilən 5 innovativ ideyanın sahibi olan qrupa QU Texnoparkının İnkubasiya Mərkəzində 1 il fəaliyyət göstərmək, ilk 3 yeri tutan qrup üzvlərinə Türkiyə Respublikası ODTÜ Texnoparkında 1 aylıq təcrübə imkanı, irəli sürülən ideya üçün sərmayəçi investor tapa bilmək şansı, təyin olunmuş biznes rəhbəri alma və media (KİV) vasitəsi ilə diqqətləri cəlb etmək fürsəti veriləcək.

İlk 5-liyə daxil olan bu layihələri təcrübədə nə dərəcədə tətbiq oluna biləcəyini düşünürsünüz?

Deyə bilərəm ki, finala çıxan 19 layihənin hər biri iş dünyasındakı hər hansı bir boşluğun doldurulmasına yönəldilib. Təklif olunan yen iş fikirləri inkişaf etdirilərsə, sözün həqiqi mənasında ciddi nəticələrini görmək mümkündür.

Sizin ortaya qoyduğunuz bu layihə əslində özəl sektor üçün çox əhəmiyyətli bir şansdır. Bu günə qədərki müddətdə özəl sektorun layihənizə olan marağından razısınızmı?

Qafqaz Universiteti qurulduğu gündən etibarən iş dünyası ilə əlaqələrə çox əhəmiyyət verir. Bu mənada özəl və dövlət sektorunda fəaliyyət göstərən təşkilatlarla sıx əməkdaşlığımız var. Bunu hamı bilir ki, Qafqaz Universiteti Azərbaycanda ən sürətlə inkişaf edən ali təhsil müəssisəsi olmaqla yanaşı, həm də fərqli-yenilikçi proqramları ilə də məşhurdur. Yenilikçi proqramlar isə hər zaman dəstək tələb edir. Bu günə qədər keçirdiyimizi bütün konfransların, eləcə də layihələrın həyata keçkirilməsində şirkətlərin ciddi dəstəyini görmüşük. Əlbəttə, bəzi şirkətlər var ki, hələ də universitetlə əməkdaşlıqda çox fəal deyillər. Amma sevindirici haldır ki, böyümə marağı olan, daimi inkişaf strategiyası formalaşdıran bütün şirkətlərin əksəriyyəti ilə geniş profilli ortaq fəaliyyətlərimiz var. Burda diqqət edilməsi vacib məqamlaqrdan biri də əməkdaşlıq etdiyimiz şirkətlərin böyüməsində bizim də maraqlı olmağımız və bu sahədə ortaya nəticəyə bağlı işlərin qoyulmasıdır. Əsas odur ki, şirkətlərin marağını təmin edən faəliiyətlər gerçəkləşdirilsin. Biz həmişə arzu etmişik ki, həyata keçirdiyimiz fəaliyyətlərdə iş dünyası ilə birgə olaq. Bəzi çətinliklərimiz olsa da, buna nail ola bilirik. Bu mənada bizimlə əmakdaşlıq edən şirkətlərin qurucularına və idarəçilərinə təşəkkür edirik.

Bu cür müsabiqələrin hər il təşkili ilə onları inkişaf etdirmək fikiriniz varmı?

Qafqaz Universitetinin texnoparkın inkişaf etdirilməsi ilə bağlı planları üzunmüddətlidir. Biz Azərbaycanda və regionda, eləcə də dünyada inkişafa töhvələr vermək istəyirik. Bu məqsədlə fərqli layihələrmiz var. Texnoparkın inkişaf etdirilməsi isə dünya təcrübəsində öz isbatını tapmış yanaşmadır. Ona görə də gənclərdə təşəbbüskarlıq yanaşmasının inkişafına dəstək verəcək layihələri hər zaman dəsətkləyəcəyik. Yeni fikir müsabiqəsini hər il keçirməyi planlaşdırırıq.

 

http://ecolifejurnal.com/haber/layihlr-v-investorlar-yeni-fikir-l-bir-araya-gldilr/79/