QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsinin növbəti layihəsi reallaşdırılacaqdır

04 Oct 2013 20:36
QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsinin növbəti layihəsi reallaşdırılacaqdır

Qafqaz Universiteti Texnoparkın (QUTechnopark) həyata keçirdiyi Yeni Fikir Müsabiqəsi (YFM) 2014 layihəsi yaxın günlərdə reallaşdırılacaqdır.
Qeyd edək ki, YFM 2013 layihəsi əsasında ən yaxşı iş ideyalarını irəli sürən komandalar bir il müddətində ofislə təmin edilir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, YFM QUTechnopark-ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsidir. Bu layihəni reallaşdırmaqla QUTechnopark ölkədə sahibkarlığın inkişafına dəstək verir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığında keyfiyyətin yüksəlməsinə səbəb olur.
YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universitetinin təmsilçiləri deyil, Azərbaycanda yaşayan bütün gənclər iştirak edə bilərlər.
YFM QUTechnopark-ın həyata keçirdiyi müxtəlif layihələrdən biridir.