Münsiflər Heyəti

 

 

  

Mədəd N. Rüstəmov (sədr)

E - mail : mededrustamov@yahoo.com

 

“AXIS Consulting” (BMTG Ltd) şirkətinin təsisçisi və icraçı direktorudur.

Azərbaycan Pərakəndəçilər Assosiasiyasının təsisçisidir.

İstehsalat, tikinti, pərakəndə və konsaltinq kimi müxtəlif sahələrdə strategiya, əməliyyatlar, satış və marketinq sahəsində 20 illik iş təcrübəsi var. IE Biznes Məktəbindən MBA dərəcəsi almışdır. “Harvard” biznes məktəbinin “Dağıdıcı strategiya”, “Sahibkarlığın əsasları” və “Davamlı biznes strategiyası”; “Wharton” biznes məktəbinin isə “Korporativ və biznes strategiyası” sertifikatlaşdırma proqramlarının məzunudur.
Hazırda London Biznes Məktəbinin Sloan Magistr proqramının və Harvard Universitinin Extension Məktəbinin Dayanıqlıq üzrə Magistr proqramının tələbəsidir.

 

 

 

  

Elnur Əsgərli

E - mail  : e.asgarli@gmail.com

Linkedin : linkedin.com/in/elnurasgarli

 

Elnur Əsgərli - Maliyyə sahəsi üzrə 15 ildən artıq təcrübəsi var. Azərbaycanın aparıcı şirkətlər qruplarında CFO və CEO səviyyələrində maliyyə idarəetməsi və mühasibat uçotu sahəsində fəaliyyət göstərmişdir. Həmçinin ölkənin yüksək səviyyəli şirkətlərinə xidmət edən bir sıra konsaltinq layihələrinin komanda üzvü olmuşdur.

Avstraliyanın Sidney Universitetində magistratura, ABŞ-ın Phoenix Universitetində isə bakalvr dərəcəsi alıb.

 

 

 

  

Məmməd Kərim

E - mail  : mk@vc.mk

Linkedin : linkedin.com/in/mammadkarim

 

Məmməd Kərim, Azərbaycanda startaplara dəstək verən ilk  investisiya fondu olan " Khazar Ventures " şirkətinin təsisçisidir. Mövcud portfelə Türkiyə, Almaniya, ABŞ və BƏƏ daxil olmaqla, bir sıra ölkələrin startapları daxildir. O, həmçinin Innoland İnnovasiya Mərkəzində yerli startuplar üçün Azərbaycanda inkubasiya proqramı aparır və onlara beynəlxalq bazarlarda fəaliyyət göstərməyə kömək edir. Hazırkı investisiya fəaliyyəti ilə yanaşı, Məmməd Kərim Azərbaycanda iki onlayn media kanalını və Tech Academy-nin təsisçisidir.

 

 

 

  

 

Cəlal Rəhimov

E - mail  : jalal.rahimov@smb.gov.az

Linkedin : linkedin.com/in/jalalrahimov

 

 

 

 

  

Vurğun Hacıyev

E - mail  : vurgunh@gmail.com

Linkedin : linkedin.com/in/vurgun

Azərbaycan Dövlət Neft Akademiyasında İstehsal Proseslərinin Avtomatlaşdırılması ixtisası üzrə bakalavr və magistr təhsilini tamamlamış,  fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Süni intellekt (machine learning algorithms) xaricdə 4 elmi əsəri, ümumilikdə isə 13 elmi əsəri nəşr olunmuşdur.  Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “İnformatika” və informasiya texnologiyaları yönümlü layihələrdə proqramlaşdırma fənnini tədrisi istiqamətində, fənnin müasir tələblərə uyğunlaşdırılması, elektron dərsliklərin hazırlanması, terminoloji bazanın yeniləşdirilməsi işlərində yaxından iştirak etmişdir. SUP Accelerator mərkəzində mentorluq etməkdə davam edir. Cisco sistemləri üzrə beynəlxalq təlimçidir. Hazırda ATL Info Tech şirkətinin Texnogiya Direktorudur.

 

 

 

  

 

Firudin Sultanov 

E - mail : fsultanov@beu.edu.az

Linkedin: linkedin.com/in/fsultanov

 

Firudin Sultanov Bakı Mühəndislik Universitetində Mühasibat uçotuvə audit kafedrasının müdiridir. O, biznesin idarə edilməsi sahəsi  üzrə bakalavr, magistr və doktorantura təhsilini Türkiyədə almışdır. 15 ilə yaxın ali təhsil müəssisələrində akademik təcrübəsi olan Firudin Sultanov-un əsas ixtisas sahələri maliyyə uçotu və əməliyyatların menecmentidir. O eyni zamanda Azərbaycanın ilk və ən böyük video ensiklopediyası olan ExpertTV Medianın həmtəsisçisidir. Firudin Sultanov iş dünyasına, maliyyə uçotu və maliyyə sisteminin qurulması ilə əlaqədar peşəkar təlimlər və  konsultasiya xidmətləri verir. O, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası-nın Mühasibat uçotu komitəsinin sədridir.

 

 

 

 

  

Elşad Yusifli

E - mail : eyusifli@gmail.com

Linkedin: linkedin.com/in/eyusifli

 

Elşad Yusifli bir neçə texnologiya startapının əsasını qoyan təşəbbüskardır. Onun təsisçi olduğu Alkredit şirkəti, ilk 18 ay ərzində banklara 10 milyon ABŞ dolları həcmində kredit portfeli yaratmışdır. Alkreditdən əvvəl, o, MDB regionunda 8 ölkənin onlayn mediasina nəzarət edən Media Monitorinq texnologiya şirkətini yaratmışdır. Hal-hazırda Dubai-da qurulmuş və 31 ölkədə fəaliyyət göstərən keepface.com Influencer Marketing şirkətinin həmtəsisçisidir. Elşad Yusifli blokçeyn evangelist və Agile tutqunudur. Onun 15 ildən artıq mühəndislik təcrübəsi var.

 

 

 

  

Elvin Mahmudov

E - mail : elvin_mahmudov@yahoo.com

Linkedin: linkedin.com/in/mahmudoff

 

PSG Management Systems şirkətinin icraçı direktorudur. Eləcə də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Menecment Komissiyasına rəhbərlik edir. Namizəd izləmə sistemi üzrə yaradılmış startap layihəsində investordur. Qafqaz Universitetində təhsil almış, bakalavr və magistr pillələrinə yiyələnmişdir. Təhsil və 15 ildən artıq iş həyatında əldə etdiyi bilik və təcrübələrini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr tələbələri ilə bölüşür.