Mentorlar

 

  

Vahid Qasımov

E - mail  : vqasimov@beu.edu.az

 

İnformasiya Texnologiyaları üzrə mütəxəssis. Bakı Mühəndislik Universitetinin müəllimi. STEP İT Akademiyasının təlimçisi. Sahil İT MMC rəhbəri. Azərbaycan İnternet Forumunun idarə heyətinin üzvü.

 

 

  

Vurğun Hacıyev

E - mail  : vurgunh@gmail.com

Linkedin : linkedin.com/in/vurgun

Azərbaycan Dövlət Neft Akademiyasında İstehsal Proseslərinin Avtomatlaşdırılması ixtisası üzrə bakalavr və magistr təhsilini tamamlamış,  fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Süni intellekt (machine learning algorithms) xaricdə 4 elmi əsəri, ümumilikdə isə 13 elmi əsəri nəşr olunmuşdur.  Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “İnformatika” və informasiya texnologiyaları yönümlü layihələrdə proqramlaşdırma fənnini tədrisi istiqamətində, fənnin müasir tələblərə uyğunlaşdırılması, elektron dərsliklərin hazırlanması, terminoloji bazanın yeniləşdirilməsi işlərində yaxından iştirak etmişdir. SUP Accelerator mərkəzində mentorluq etməkdə davam edir. Cisco sistemləri üzrə beynəlxalq təlimçidir. Hazırda ATL Info Tech şirkətinin Texnogiya Direktorudur.

 

 

  

 

Firudin Sultanov 

E - mail : fsultanov@beu.edu.az

Linkedin: linkedin.com/in/fsultanov

 

Firudin Sultanov Bakı Mühəndislik Universitetində Mühasibat uçotuvə audit kafedrasının müdiridir. O, biznesin idarə edilməsi sahəsi  üzrə bakalavr, magistr və doktorantura təhsilini Türkiyədə almışdır. 15 ilə yaxın ali təhsil müəssisələrində akademik təcrübəsi olan Firudin Sultanov-un əsas ixtisas sahələri maliyyə uçotu və əməliyyatların menecmentidir. O eyni zamanda Azərbaycanın ilk və ən böyük video ensiklopediyası olan ExpertTV Medianın həmtəsisçisidir. Firudin Sultanov iş dünyasına, maliyyə uçotu və maliyyə sisteminin qurulması ilə əlaqədar peşəkar təlimlər və  konsultasiya xidmətləri verir. O, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası-nın Mühasibat uçotu komitəsinin sədridir.

 

 

 

  

Məmməd Kərim

E - mail  : mk@vc.mk

Linkedin : linkedin.com/in/mammadkarim

 

Məmməd Kərim, Azərbaycanda startaplara dəstək verən ilk  investisiya fondu olan " Khazar Ventures " şirkətinin təsisçisidir. Mövcud portfelə Türkiyə, Almaniya, ABŞ və BƏƏ daxil olmaqla, bir sıra ölkələrin startapları daxildir. O, həmçinin Innoland İnnovasiya Mərkəzində yerli startuplar üçün Azərbaycanda inkubasiya proqramı aparır və onlara beynəlxalq bazarlarda fəaliyyət göstərməyə kömək edir. Hazırkı investisiya fəaliyyəti ilə yanaşı, Məmməd Kərim Azərbaycanda iki onlayn media kanalını və Tech Academy-nin təsisçisidir.

 

 

 

  

Mədəd N. Rüstəmov (sədr)

E - mail : mededrustamov@yahoo.com

 

“AXIS Consulting” (BMTG Ltd) şirkətinin təsisçisi və icraçı direktorudur.

Azərbaycan Pərakəndəçilər Assosiasiyasının təsisçisidir.

İstehsalat, tikinti, pərakəndə və konsaltinq kimi müxtəlif sahələrdə strategiya, əməliyyatlar, satış və marketinq sahəsində 20 illik iş təcrübəsi var. IE Biznes Məktəbindən MBA dərəcəsi almışdır. “Harvard” biznes məktəbinin “Dağıdıcı strategiya”, “Sahibkarlığın əsasları” və “Davamlı biznes strategiyası”; “Wharton” biznes məktəbinin isə “Korporativ və biznes strategiyası” sertifikatlaşdırma proqramlarının məzunudur.
Hazırda London Biznes Məktəbinin Sloan Magistr proqramının və Harvard Universitinin Extension Məktəbinin Dayanıqlıq üzrə Magistr proqramının tələbəsidir.

 

 

 

  

 

Cəlal Rəhimov

E - mail  : jalal.rahimov@smb.gov.az

Linkedin : linkedin.com/in/jalalrahimov

 

 

 

 

 

  

Elnur Əsgərli

E - mail  : e.asgarli@gmail.com

Linkedin : linkedin.com/in/elnurasgarli

 

Elnur Əsgərli - Maliyyə sahəsi üzrə 15 ildən artıq təcrübəsi var. Azərbaycanın aparıcı şirkətlər qruplarında CFO və CEO səviyyələrində maliyyə idarəetməsi və mühasibat uçotu sahəsində fəaliyyət göstərmişdir. Həmçinin ölkənin yüksək səviyyəli şirkətlərinə xidmət edən bir sıra konsaltinq layihələrinin komanda üzvü olmuşdur.

Avstraliyanın Sidney Universitetində magistratura, ABŞ-ın Phoenix Universitetində isə bakalvr dərəcəsi alıb.

 

 

 

  

Pərviz Həsənov

E - mail : phesenov@beu.edu.az

Linkedin: linkedin.com/in/phesenov

 

Bakı Mühəndislik Universitetində sənaye mühəndisliyi kafedrasının müdiridir. Sənaye mühəndisliyi sahəsi  üzrə bakalavr, magistr və doktorantura təhsilini tamamlamışdır. Ph.D təhsilinin araşdırma işlərini Kanada da Ryerson universitetində aparmışdır. Bir çox beynəlxalq layihələrdə layihə rəhbəri olaraq iştirak etmişdir. 10 ilə yaxın ali təhsil müəssisələrində akademik təcrübəsi olan Pərviz Həsənovun tədarük zəncirinin idarəedilməsi (supply chain management) və inventarın idarə olunması (inventory management) sahəsi üzrə xaricdə 7 elmi əsəri, ümumilikdə isə 18 elmi əsəri nəşr olunmuşdur. Peşəkar konsultasiya xidmətləri verən Lean Consulting şirkətinin həmtəsisçisidir.

 

 

 

  

Elşad Yusifli

E - mail : eyusifli@gmail.com

Linkedin: linkedin.com/in/eyusifli

 

Elşad Yusifli bir neçə texnologiya startapının əsasını qoyan təşəbbüskardır. Onun təsisçi olduğu Alkredit şirkəti, ilk 18 ay ərzində banklara 10 milyon ABŞ dolları həcmində kredit portfeli yaratmışdır. Alkreditdən əvvəl, o, MDB regionunda 8 ölkənin onlayn mediasina nəzarət edən Media Monitorinq texnologiya şirkətini yaratmışdır. Hal-hazırda Dubai-da qurulmuş və 31 ölkədə fəaliyyət göstərən keepface.com Influencer Marketing şirkətinin həmtəsisçisidir. Elşad Yusifli blokçeyn evangelist və Agile tutqunudur. Onun 15 ildən artıq mühəndislik təcrubesi var.

  

 

  

Xəyyam Məsiyev

E - mail :  xmesiyev@beu.edu.az

Linkedin:  linkedin.com/in/khmasiyev

 

 

 

  

Rəşid Əliyev 

E - mail : rashid@aliyev.us

Linkedin: linkedin.com/in/rashidaliyev

I'm sociable by nature with an eye for the eclectic. I enjoy being around others and are especially attracted to the creative world. The lead in the play, the artistic mind power behind the big idea, or the performer, I'm always shine. Others are drawn to me and admire me. I am thrive out in the world and appreciate being surrounded by other people. Several projects and success in background which are approved by certificates, diplomas and recognition awards. Pretty well highlighted on local (Azerbaijan) and global media (US, Europe, Asia), TV interviews and blog post with and about me. Speaker of many local and international events. Invited as jury member to few local and global events. I'm member of such science associations like ACM and AAAS.

 

 

  

Coşqun Kərimov

E - mail  : joshkerimov@gmail.com

Linkedin : linkedin.com/in/joshkerimov 

Facebook : facebook.com/joshgun.karimov

 

KVAN və UBUNTU kitablarının müəllifidir. Hər iki əsəri oxucuların ön sifarişləri əsasında çap edilmişdir. Qafqaz Universitetinin məzunudur. İxtisasca İngilis dili və Ədəbiyyat üzrə Filoloq və Pedaqoqdur. 2007-ci ildə beynəlxalq EastChance Esse Yarışmasına "Leonardo Da Vinci" adlı esseni göndərərək Avropa regionu üzrə birinci olmuşdur. 2011 - ci ildən bugünə kimi 5000 dən çox insana Natiqlik, Təqdimat Bacarıqları, Müştəri Yönümlü Xidmət və Daxili Motivasiya ilə bağlı seminarlar və təlimlər keçirmişdir. 4 ildir ki, beynəlxalq startup yarışmalarına qatılan təşəbbüskar komandalara təqdimatların verilməsiylə bağlı mentorluq edir. Yeni Fikir 2016 Startup Müsabiqəsinin və Seedstars Baku Regional Müsabiqəsinin qalibidir. Kvotter və GR8 kimi sosial platformaların həm - təsisçisidir.

 

 

  

Rəşad Eyvazov

E - mail  : rashad.eyvazov@icnextstep.com

Linkedin : linkedin.com/in/rashad-eyvazov

 

Next Step İnnovasiya mərkəzinin direktorudur. Bakı Dövlət Universitetinin tətbiqi fizika ixtisasını bitirib. Sahibkar kimi təcrübəsindən əlavə bank sferasında da tecrübəyə malikdir. O həmçinin alkredit.az platformasınnın həmtəsisçisi və sup.az platformasının layihə rəhbəridir.

 

 

  

Vüsal Kərimli

E - mail  : vusal@sup.az

Linkedin : linkedin.com/in/vusalkarimli

 

Azərbaycan Dillər Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə bakalavr, George Washignton Universitetində Layihələrin İdarəedilməsi ixtisası üzrə magistratura sertifikatı almışdır. 2008-ci ildə Harvard Yay Məktəbində Biznes Etikası sahəsi üzrə yay kursu keşmişdir. 2014 - 2017-ci illərdə İspaniyanın Sevilya şəhərində yaşamış, buradakı startap ekosistemində aktiv iştirak etmişdir. 2017-ci ilin avqust ayından etibarən Azərbaycanda ilk qurulan SUP Startap Akseleratorunda direktor vəzifəsində fəaliyyətini davam etdirir və akseleratorda iştirak edən startaplara mentor kimi dəstək göstərir. Süni intellekt (machine learning algorithms) və viral böyümə (viral growth) sahələrinə maraq göstərir.