Xəbərlər

Yeni Fikir Müsabiqəsi 2016-da 211 layihə qeydiyyatdan keçib

2016-03-21 21:03:00
Yeni Fikir Müsabiqəsi 2016-da 211 layihə qeydiyyatdan keçib Yeni Fikir 2016 Müsabiqəsinə (YFM) layihələrin qeydiyyatı Martın 17-də başa çatdı.  elektron səhifəsindən istifadə edərək "online" formada həyata keçirilən layihələrin qeydiyyatı prosesinə 01 Fevarl 2016-cı il tarixində başlanmışdı. 240-dan çox müraciətin daxil olduğu YFM 2016 əsasında 211 layihə (iş fikri) qedyiyyatdan keçib. Qediyyatdan keçən layihələr  ünvanında yerləşdirilib.   Hazırda ilkin qiymətləndirmə prosesinə başlanıb. Qiymətləndirmə prosesi müxtəlif sahələrdə fəaliyyət göstərən təcrübəli mütəxəssilər tərəfindən təmin edilir. İlkin qiymətləndirmə prosesində əsas qiymətləndirmə meyarları kimi layihədə irəli sürülən iddianın innovasiyası; ortaya çıxarılacaq məhsul və ya xidmətin bazar imkanları; komandanın potensialı nəzərə alınır.    Yarımfinal və final mərhələdə isə, layihələri qiymətləndirərkən aşağıdakı meyarlar əsas görürləcək:   1. Komandanın potensialı: Layihəni həyata keçirməyə iddialı olan komandanın bilik, bacarı...

Yeni Fikir 2016 Müsabiqəsi üçün layihələrin qeydiyyat vaxtı uzadıldı

2016-03-15 18:00:00
Yeni Fikir 2016 Müsabiqəsi üçün layihələrin qeydiyyat vaxtı uzadıldı Yeni Fikir 2016 Müsabiqəsi üçün layihələrin qeydiyyat vaxtı uzadılmışdır. ‪‎Layihənizin qeydiyyatının təsdiqləndiyini aşağıdakı ünvana baxaraq yoxlaya bilərsiniz. Layihənizi qeydiyyatdan keçirdiyiniz halda bu səhifədə adı yoxdursa, verilmiş əlavə vaxtı dəyərləndirərək, layihənizi qeydiyyatdan keçirə bilərsiniz. ‪Layihələrin qeydiyyatı ilə meydana gələn istənilən problemlə bağlı QU Texnoparka müracət edə bilərsiniz. Qeyd edək ki, Yeni Fikir Müsabiqəsi hər il Qafqaz Universiteti Texnoparkı tərəfindən keçirilir. Müsabiqə təşəbbüskar düşüncənin inkişaf etdirilməsini hədəfləyir və innovativ sahibkarlığı dəstəkləyir. QU Texnopark Yeni Fikir 2016 Müsabiqəsini yeni tərəfdaşlarla həyata keçirəcəyi üçün qalibləri daha böyük mükafatlar gözləyir. Belə ki, yarışda layihəsi bəyənilərək birinci və ikinci yerə layiq görülən qaliblər Sup.az tərəfindən dəstək paketi, Almaniyada 15 günlük təlim imkanı ilə mükafatlan...

“Sahibkarlığın, innovasiyaların inkişafında mədəniyyətlər xüsusi rol oynanır”

2016-02-25 15:30:00
“Sahibkarlığın, innovasiyaların inkişafında mədəniyyətlər xüsusi rol oynanır” Dünən Qafqaz Universitetində Amerikanın Silikon Vadisindən dəvət edilmiş mentor  Esin Silenin universitet tələbələri, iş adamları, sahibkarlar, startapçılar və digər maraqlı  tərəflərlə görüşü baş tutub. Tədbirə həmçinin Təhsil Nazirliyinin əməkdaşları da qatılıb. Esin Sile universitet əməkdaşlarının sənaye əhəmiyyətli elmi araşdırma işləri və texnoloji sahibkarlıq fəaliyyətləri, tələbələrin innovativ fəaliyyətləri və ABŞ təcrübəsi, startapların  yaradılması istiqamətində ölkələrdə yaşanan problemlər və bununla bağlı digər məsələrlə bağlı  beynəlxalq təcrübəsini iştirakçılarla bölüşüb. Qeyd edək ki, tədbir Qafqaz Universiteti QUTexnoparkın təşkilatçılığı ilə baş tutub. Xeberler.az olaraq Esin Sile ilə Amerika, Azərbaycan, ümumiyyətlə hazırda dünyada yaşanan "startap boom" ilə bağlı maraqlı söhbət etdik. Əvvəlcə Esin Sile haqda qısa məlumat təqdim edirik: Əslən Türkiyədən olan Esin Sile Mindbridge Partners konsaltinq şirkətinin partnyoru və baş icra&cce...

Startap-lar üçün Amerikadan ən yaxşı təcrübə

2016-02-25 09:00:00
Startap-lar üçün Amerikadan ən yaxşı təcrübə İnnovativ sahibkarlığın ölkəmizdə daha geniş sferada tanınması və irəliləməsi üçün daim müəyyən fəaliyyətlər həyata keçirən Qafqaz Universiteti Texnoparkının təşkilatçılığı ilə favral ayının 24-də Silikon Vadisində fəaliyyət göstərən, MindBridge Partners partnyor və baş icraçı direktoru Dr. Esin Silenin təqdimatında açıq qapı seminarı həyata keçirildi. “Startap-lar üçün Amerikadan ən yaxşı təcrübə” adlı seminarda startap dünyasının nümayəndələri, tələbə və müəllimlər iştirak etdi. "Universitet əməkdaşlarının sənaye əhəmiyyətli elmi araşdırma işləri və texnoloji sahibkarlıq fəaliyyətləri"  və "Tələbələrin innovativ fəaliyyətləri və ABŞ təcrübəsi"  mövzuları əsasında çıxış edən Esin xanım Amerika, Türkiyə və Azərbaycan təhsil sistemindəki fərqlər, inkubatorların və akseleratorların spesifik xüsusiyyətləri, sənaye strategiyasının önəmi, texnoloji inteqrasiya həll yolları barədə iştirakçılara mühüm məlumatlar verdi....

Yeni Fikir bu il startaplar üçün hansı yeniliklər edəcək

2016-02-06 12:39:47
Yeni Fikir bu il startaplar üçün hansı yeniliklər edəcək Məlumat verdiyimiz kimi, Qafqaz Universiteti texnoparkı (QU texnopark)  innovativ sahibkarlığın inkişaf etdirmək məqsədi ilə  hər il  müsabiqəsi təşkil edir. Artıq IV Yeni Fikir (YFM)- 2016 müsabiqəsi elan edilib. Xeberler.az olaraq  müsabiqəyə  layihələrin qəbul şərtləri və  bu il YFM-də olacaq yeniliklərlə maraqlandıq. Müsabiqənin Təşkilat Komitəsi bu istiqamətdəki suallarımızı cavablandırıb:   -Bu il Yeni Fikir müsabiqəsində hansı yeniliklər olacaq? KoçSistem Azərbaycan  Qafaqaz Universitetində yeni mərkəz açdı.  Şirkətin direktoru Ali Kutvan qeyd etdi ki, bu il Yeni Fikir müsabiqəsində münsiflər heyəti və digər məsələlərlə bağlı yenilik olacaq. Konkret olaraq söhbət hansı yeniliklərdən gedir?   -Bunda əvvəl təşkil etdiyimiz yeni fikir yarışmalarında qalib layihələrin şirkətləşmələri üçün pul mükafatları verirdik. Bu il isə qalib layihələrin iştirakçılarına Almaniya və Türkiyə Texnoparklarında 15 günlük təlim...

“Yeni Fikir - 2016” müsabiqəsinə start verilir

2016-02-04 12:47:32
“Yeni Fikir - 2016” müsabiqəsinə start verilir Ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafına dəstək vermək, yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq məqsədilə "Yeni Fikir - 2016" müsabiqəsinə (YFM) start verilib.Müsabiqəyə qeydiyyat martın 15-də tamamlanacaq. Təşkilat Komitəsindən qeyd edilib ki, müsabiqə, eyni zamanda innovativ sahibkarlığın inkişafına dəstək, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə vermək məqsədi daşıyır.YFM-in əhatə etdiyi sahələrə startap ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s. daxildir.YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. İldə bir dəfə keçirilən müsabiqədə Azərbaycanda yaşayan bütün gənclər...

Yeni Fikir müsabiqəsində startaplar üçün yeniliklər olacaq

2016-02-03 15:15:41
Yeni Fikir müsabiqəsində startaplar üçün yeniliklər olacaq Məlumat verdiyimiz kimi, Qafqaz Universiteti Texnoparkı (QUTexnopark)  innovativ sahibkarlığın inkişaf etdirmək məqsədi ilə  hər il  müsabiqəsi təşkil edir. Növbəti Yeni Fikir 2016  müsabiqəsi elan ediləcək. QUTexnopark-dan Xeberler.az-a verilən məlumata görə, müsabiqə yanvar ayı ərizində elan ediləcək. Məlumatda qeyd edilib ki,YFM bu dəfə  daha güclü tərəfdaşlarla birgə həyata keçiriləcək. Xatırladaq ki, bir müddət öncə QUTexnopark-da Türkiyənin nəhəng İT şirkəti KoçSistem yeni Tədqiqat Mərkəzi  açdı. Qeyd edildi ki, şirkət yeni mərkəz açmaqla həm də  Azərbaycanın startap ekosistemində də yeniliklər edib, bu sektora fayda verməyə çalışacaq. Görünür,  növbəti YFM müsabiqəsində KoçSistem-in daha çox faydası olacaq və şirkət direktoru Ali Kutvanın da dediyi kimi, münsiflər heyəti dünya təcrübəsi olan xarici İT mütəxəssislərdən təşkil ediləcək. Eyni zamanda KoçSi...

“Yeni Fikir - 2016” müsabiqəsinə start verilir

2016-02-03 12:35:31
“Yeni Fikir - 2016” müsabiqəsinə start verilir Ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafına dəstək vermək, yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq məqsədilə "Yeni Fikir - 2016" müsabiqəsinə (YFM) start verilib.Müsabiqəyə qeydiyyat martın 15-də tamamlanacaq.Təşkilat Komitəsindən qeyd edilib ki, müsabiqə, eyni zamanda innovativ sahibkarlığın inkişafına dəstək, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə vermək məqsədi daşıyır.YFM-in əhatə etdiyi sahələrə startap ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s. daxildir.YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. İldə bir dəfə keçirilən müsabiqədə da yaşayan bütün gənclər iştira...

“Yeni Fikir — 2016” müsabiqəsinə start verilir

2016-02-03 12:12:33
“Yeni Fikir — 2016” müsabiqəsinə start verilir Ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafına dəstək vermək, yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq məqsədilə «Yeni Fikir — 2016» müsabiqəsinə (YFM) start verilib.Müsabiqəyə qeydiyyat martın 15-də tamamlanacaq.Təşkilat Komitəsindən qeyd edilib ki, müsabiqə, eyni zamanda innovativ sahibkarlığın inkişafına dəstək, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə vermək məqsədi daşıyır.YFM-in əhatə etdiyi sahələrə startap ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s. daxildir.YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. İldə bir dəfə keçirilən müsabiqədə Azərbaycanda yaşayan bü...

Qafqaz Universiteti Texnoparkı Yeni Fikir Müsabiqəsini elan edir

2016-02-02 01:37:20
Qafqaz Universiteti Texnoparkı Yeni Fikir Müsabiqəsini elan edir Yeni fikir nədir?   Yeni Fikir Müsabiqəsi (YFM) Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) təşkil etdiyi layihədir. Bu layihə innovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilər.   Missiya   •İnnovativ sahibkarlığı dəstəkləmək.•QUTechnopark-da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq•Ölkənin dayanıqlı sosial iqtisai inkişafına dəstək vermək,•İKT-nin inkişafına dəstək vermək,•Təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək ver...

Yeni Fikir Müsabiqəsi 2016

2016-02-01 09:00:01
Yeni Fikir Müsabiqəsi 2016 Daha öncə də qeyd etdiyimiz kimi QU Texnopark Yeni Fikir 2016 Müsabiqəsini yeni tərəfdaşlarla həyata keçirəcəyi üçün qalibləri daha böyük mükafatlar gözləyir. Belə ki, yarışda layihəsi bəyənilərək birinci və ikinci yerə layiq görülən qaliblər Sup.az tərəfindən dəstək paketi, Almaniyada 15 günlük təlim imkanı ilə mükafatlandırılacaq. Hətta birinci yerin sahibi münsiflər heyəti tərəfindən təsdiq olunduğu halda onu 10.000 avroya qədər pul mükafatı da gözləyir. Üçüncü, dördüncü və beşinci yerə layiq görülən layihələr isə QU Texnopark paketi və Türkiyədə 15 günlük təlim imkanı əldə edəcək. Qeyd edək ki, SUP.az tərəfindən təqdim olunan dəstək paketinə xüsusi masa ilə təchiz olunmuş ofis şəraiti, Amazon Web Services serverdən istifadə (5000 $ -a qədər), Rəqəmsal Marketing Təlimi, Mentor Proqramı (8 həftə), bazar araştırması, hüquqi dəstək, markalaşma dəstəyi, qidalanma, yerli və xarici media dəstəyi, Startup Week, Startup Grind...

“Braille Pad” layihəsi ABŞ-ın qrant müsabiqəsində

2016-01-19 11:19:06
“Braille Pad” layihəsi ABŞ-ın qrant müsabiqəsində Qafqaz Universiteti Texnoparkı tərəfindən təşkil olunan Yeni Fikir Müsabiqəsinin qaliblərindən “Braille Pad” layihəsi növbəti uğuruna imza atmışdır. Layihənin müəllifi Rəşid Əliyev 6-8 yanvar tarixləri arasında ABŞ-ın Missuri ştatının, Sent Lyuis şəhərinin icra hakimiyyəti və Arch Grants təşkilatının birgə dəstəyi ilə keçirilən çıxış etmişdir. Layihəni müvəffəqiyyətlə təqdim edən Rəşid bəy onun faydaları, iş mexanizmi, spesifik xüsusiyyətləri və layihə ərsəyə gətirilərkən istifadə olunan innovativ yanaşmadan bəhs etmişdir. Hazırda AMEA-nın İşlər İdarəsində çalışan Rəşid bəy həmçinin Sent Lyuis şəhərində yerləşən Vaşinqton Universitetinin və Missuri Elm və Texnologiyalar Universitetinin müəllim-professor heyəti ilə görüşdə iştirak edib, layihə ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub. Daha sonra R.Əliyev 8-9 yanvar 2016-cı il tarixlərində Nyu York Universitetində (NYU) də "Braille Pad" layihəsini təqdim edib.  Nəzərinizə çatdırırıq ki, “Braille Pad”layihə...

AMEA-nın gənc mütəxəssisi gözdən əlillər üçün hazırladığı planşet layihəsini ABŞ-da təqdim edib

2016-01-13 12:12:26
AMEA-nın gənc mütəxəssisi gözdən əlillər üçün hazırladığı planşet layihəsini ABŞ-da təqdim edib AMEA-nın İşlər İdarəsinin əməkdaşı Rəşid Əliyev ABŞ-ın Missuri ştatının, Sent Lyuis şəhərinin icra hakimiyyəti və Arch Grants təşkilatının birgə dəstəyi ilə keçirilən qrant müsabiqəsində müəllifi olduğu "Braille Pad" layihəsi ilə bağlı iştirak etmək üçün 6-8 yanvar 2016-cı il tarixlərində ABŞ-da ezamiyyətdə olub. O, münsiflər heyəti qarşısında müvəffəqiyyətlə çıxış edərək, layihəni təqdim edib. R.Əliyev, həmçinin Sent Lyuis şəhərində yerləşən Vaşinqton Universitetinin və Missuri Elm və Texnologiyalar Universitetinin müəllim-professor heyəti ilə görüşdə iştirak edib, layihə ilə bağlı müzakirələrdə səsləndirilən fikir və təklifləri əldə edib. Görüşdə AMEA ilə universitetlər arasında əməkdaşlıq etmək üçün müvafiq imkanlar və potensial sahələr araşdırılıb. Daha sonra R.Əliyev 8-9 yanvar 2016-cı il tarixlərində Nyu York Universitetində (NYU) də "Braille Pad" layihəsini təqdim edib. Qeyd edək ki, R.Əliyevin müəllifi olduğu gözdən əlillər üç&uum...

YFM 2016 iştirakçılarını yeni imkanlar gözləyir

2016-01-05 15:15:24
YFM 2016 iştirakçılarını yeni imkanlar gözləyir      Yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasını daim diqqət mərkəzində saxlayanQafqaz Universiteti Texnoparkının bu sahədə həyata keçirdiyi ən önəmli layihələrdən biri hər il təşkil olunan Yeni Fikir Müsabiqəsidir. Müsabiqə təşəbbüskar düşüncənin inkişafını hədəfləyir və innovativ sahibkarlığı dəstəkləyir. Artıq Yeni Fikir 2016 Müsabiqəsinin yanvar ayı ərizində elan edilməsi planlaşdırılır. YFM 2016 daha güclü tərəfdaşlarla reallaşdırılacağına görə layihənin ölkə startapları üçün yeni və daha böyük imkanlar təqdim edəcəyi gözlənilir. Belə ki,YFM 2016-nın əsas tərəfdaşlarından biri olan və dekabr ayının 15-də QU Texnoparkda Tədqiqat Mərkəzi  açmış Türkiyənin ən nüfuzlu İT şirkətlərindən olan Koç Sistem Azərbaycanın dəstəyilə münsiflər heyəti dünya təcrübəsi olan xarici İT mütəxəssislərindən  ibarət olacaq və şirkət bununla yanaşı startaplar...

Yeni Fikir müsabiqəsində startaplar üçün yeniliklər olacaq

2016-01-05 09:14:50
Yeni Fikir müsabiqəsində startaplar üçün yeniliklər olacaq Məlumat verdiyimiz kimi, Qafqaz Universiteti Texnoparkı (QUTexnopark)  innovativ sahibkarlığın inkişaf etdirmək məqsədi ilə  hər il  müsabiqəsi təşkil edir. Növbəti Yeni Fikir 2016  müsabiqəsi elan ediləcək. QUTexnopark-dan Xeberler.az-a verilən məlumata görə, müsabiqə yanvar ayı ərizində elan ediləcək. Məlumatda qeyd edilib ki,YFM bu dəfə  daha güclü tərəfdaşlarla birgə həyata keçiriləcək. Xatırladaq ki, bir müddət öncə QUTexnopark-da Türkiyənin nəhəng İT şirkəti KoçSistem yeni Tədqiqat Mərkəzi  açdı. Qeyd edildi ki, şirkət yeni mərkəz açmaqla həm də  Azərbaycanın startap ekosistemində də yeniliklər edib, bu sektora fayda verməyə çalışacaq. Görünür,  növbəti YFM müsabiqəsində KoçSistem-in daha çox faydası olacaq və şirkət direktoru Ali Kutvanın da dediyi kimi, münsiflər heyəti dünya təcrübəsi olan xarici İT mütəxəssislərdən təşkil ediləcək. Eyni zamanda KoçSi...

QUTexnopark-ın direktoru innovasiya sahibkarlığının inkişafı beynəlxaq təlim proqramında iştirak edəcək

2015-12-29 09:19:02
QUTexnopark-ın direktoru innovasiya sahibkarlığının inkişafı beynəlxaq təlim proqramında iştirak edəcək Qafqaz Universiteti Texnoparkının (QUTEXNOPARK) direktoru dosent İsa Qasımov innovasiya sahibkarlığının inkişafı sahəsində əhəmiyyətli sayılan “İnnovasiyaların və Sahibkarlığın İnkubasiyalarda inkişaf etdirilməsi”  ("Promoting Innovation's & Entrepreneurship through Incubation")  beynəlxalq proqramlarda iştirak edəcək.   “İnnovasiyaların və Sahibkarlığın İnkubasiyalarda inkişaf etdirilməsi”  təlim proqramı 04 Yanvar - 12 Fevral 2016-ci il tarixlərində baş tutacaq. Proqram Hindistanın Ahmadabad şəhərində fəaliyyət göstrərən  Hindistan Sahibkarlığın İnkişafı İnstitutunda (), eləcə də Hindistanın müxtəlif şəhərlərində - Trivandrum, Cochin, Coimbatore, Tirupur, Mysore, Bangalore -  fəaliyyət göstərən şirkətlər, iş mərkəzləri, texnoparklar və müvafiq müəssisələrdə həyata keçiriləcək. 6 həftə ərzində davam edəcək Proqramın ilk 4 həftəsi əsasən trening və ya seminarlar formasında, sonuncu 2 həftəsi isə müxtəlif şəhərlərdə təcrübə proqramları şəklində baş tutacaq.   “İnnovas...

"Sup.az"ın dəstəyi ilə biznesini qur

2015-12-21 23:04:49
"Sup.az"ın dəstəyi ilə biznesini qur Dekabr ayının 18-də Sup.az-ın QU Texnoparkda təqdimatı oldu. Direktor, Sup akselerator Nail Vəliyevin təqdimatında keçən seminarda Sup.az iş prinsipi, üzvlük qaydaları barədə məlumat verildi. Startapların ölkədə və ölkə xaricində böyüməsinə real dəstək, beynəlxalq startap ekosisteminə inteqrasiya imkanları müzakirə edildi. Auditoriyanın geniş marağına səbəb olan təlimin sonunda şirkətin həmtəsisçisi Məmməd Kərim startapların öz ideyalarını həyata keçirmək üçün əsas məsuliyyətlərini dilə gətirdi. Seminar mövzusu əsasında aşağıdakı sahələr üzrə müazkirələr aparıldı: • "Sup.az" nədir? • Startapların ölkədə və ölkə xaricində böyüməsinə real dəstək imkanları • Beynəlxalq startap ekosisteminə inteqrasiya imkanları   Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata ke&cc...

Qafqaz Universiteti Texnoparkında Tədqiqat Mərkəzinin açılışı olub

2015-12-21 15:25:36
Qafqaz Universiteti Texnoparkında Tədqiqat Mərkəzinin açılışı olub Regionun  ən böyük informasiya texnologiyaları şirkətlərindən olan və bu sahədə innovasiyaların formalaşdırılması  və tətbiqi ilə tanınan Türkiyənin “Koç Sistem”  şirkəti  ölkə xaricində ilk araşdırma mərkəzi təsis edib. Belə ki, “Koç Sistem-Azərbaycan”  şirkəti  Qafqaz Universitetinin  Texnoparkında  Tədqiqat Mərkəzi yaradıb. Şirkət  bu Tədqiqat Mərkəzində Qafqaz Universitetinin potensialından faydalanaraq Azərbaycanda və regionun digər ölkələrində  müvafiq xidmət göstərməyi planlaşdırır. Dekabrın 15-də Tədqiqat Mərkəzinin  açılışı olub. Mərasimdə  Milli Məclisin komitə sədri, akademik Ziyad Səmədzadə, “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin üzvü Muxtar Babayev, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, “Koç Sistem”in (Türkiyə) araşdırma  üzrə direktoru Ömer Özgür Çetinoğlu, eləcə də digər d&oum...

Azərbaycanlı tələbə gələcəyin avtomobilini hazırladı

2015-12-20 20:12:28
Azərbaycanlı tələbə gələcəyin avtomobilini hazırladı Gələcəyin avtomobilini artıq Avropa ölkələrində axtarmaq lazım deyil. Azərbaycanlı tələbələr günəş və elektrik enerjisi ilə çalışan, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri hazırlayıb. Məqsəd, müasir texnologiyanın üstünlüklərindən istifadə edərək, təbiətdən daha az xammal almaq hesabına, ekologiyaya səmərəli olan və insanın enerji istehlakını minimuma endirən nəqliyyat vasitəsi təqdim etməkdir. Maksimal texniki kütləsi 400 kiloqram olan elektromobil 8 nəfərlikdir, 4kVt Litium ion fosfat batereya və 122 V-luq günəş paneli ilə təchiz olunub. Şassisi yüngül dərəcəli poladdan hazırlanan bu nəqliyyat vasitəsinin əyləc mexanizmi, hidravlik disk əyləcləri ilə çalışır. Daha bir ekoloji təmiz nəqliyyat vasitəsi ilə əsl yarış avtomobillərini xatırladır.  Qeyd edək ki, "Qafqaz Universiteti mühəndislərinin elektrik maşını" layihəsi çərçivəsində mühəndisliyin mexanika, kompüter və kimya bölümlərindən 24 tələbə 13 müxtəlif komandada çalışıb. Bununla da cəmiyyətin diqqətini...

Qafqaz Universitetinin Texnoparkında Tədqiqat Mərkəzinin açılışı olub

2015-12-17 20:51:17
Qafqaz Universitetinin Texnoparkında Tədqiqat Mərkəzinin açılışı olub Bu günlərdə regionun ən böyük informasiya texnologiyaları şirkətlərindən olan Türkiyənin “Koçsistem” şirkəti ölkə xaricində ilk araşdırma mərkəzini təsis etdi. İnformasiya texnologiyaları sektorunun müxtəlif sahələri üzrə innovasiyaların formalaşdırılması və tətbiqi ilə tanınan “Koçsistem” Qafqaz Universiteti Texnoparkında qurduğu Araşdırma Mərkəzində bu ali təhsil müəssisəsinin də potensialından faydalanaraq, Azərbaycan və region ölkələrində xidmət göstərməyi planlaşdırır. Açılış mərasimində çıxış edən Qafqaz Universitetinin rektoru professor, doktor Ahmet Saniç bildirib ki, iqtisadi cəhətdən güclü ölkələrin güclü də universitetləri olur. Güclü universitet olmanın ən önəmli şərtlərındən biri iş dünyası və güclü sənaye qurumları ilə əməkdaşlıq etməkdir. Bu əməkdaşlıq iqtisadi və sənaye yönündə ölkənin inkişafını təmin edəcək. Bu gün də Texnoparka müasir qurğular quraşdırmaqla Prezident İlham Ə...