Xəbərlər

QU Texnopark loqosunu yeniləyir

2015-10-15 09:05:03
QU Texnopark loqosunu yeniləyir    Qafqaz Universiteti  Texnoparkı rəsmi loqosunu yeniləyir. Bu məqsədlə QUTechnopark müsabiqə elan edir. Müsabiqədə təklif edilən ən yaxşı loqonun sahibinə QUTechnopark tərəfindən "Wacom wireless Bamboopad" cihazı hədiyyə ediləcək. Dizayn edilən loqo QU Texnoparkın fəaliyyətini əks etdirməlidir.    Müraciət etmək istəyənlər təklif edəcəkləri loqonu, adı, soyadı və telefon nömrəsini əlavə edərək e-poçtuna göndərə bilərlər. Son müraciət zamanı 23 oktyabr 2015-ci il saat 10:00-dur.    Ətraflı məlumat üçün +994 (12) 349-99-58 +994 (55) 314 44 03 və ya QUTechnopark-ın rəsmi mənbələrindən istifadə edə bilərsiniz. Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq. Əsmər Həşimli...

Yeni Fikir Müsabiqəsinin qalibləri beynəlxalq sərgidə

2015-10-14 09:00:40
Yeni Fikir Müsabiqəsinin qalibləri beynəlxalq sərgidə  -ın yaydığı məlumata görə, bu il Oktyabr ayının 12-dən 15-ə kimi müddətdə Macarıstanın paytaxtı Budapeştdə “ITU Telecom World 2015” Beynəlxalq Telekommunikasiya və Yüksək Texnologiyalar üzrə sərgi-konfransı keçirilir. Sərgidə Yeni Fikir 2014 Müsabiqəsində birincisi “Bethclip” layihəsi də təmsil olunur. Sərgi əsnasında öz layihələrini nümayiş etdirən Rəşid bəy Azərbaycan Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov və Macarıstan İnformasiya və Kommunikasiya Texnologiyaları naziri ilə Azərbaycan startaplarını müzakirə etmiş və öz layihələrinin təqdimatını edərək onların iş prinsipi, həmçinin cəmiyyətin inkişafına verəcəyi töhfələr haqda məlumat vermişdir. Nazir Əli Abbasov bu səpkidə tədbirlərin önəmini vurğulayaraq startapları dəstəklədiyini  qeyd etmişdir. Sərgidə iştirak edən “Bethclip”  layihəsinin rəhbəri Rəşid Əliyev digər bir layihəsini də - “Braille Pad” - səgidə təqdim etmişdir.  xeberler.az -ın yaydığı məlumata g...

Uğurun sirləri - Qafqaz Universiteti

2015-10-01 01:01:06
Uğurun sirləri - Qafqaz Universiteti Güclü piar, ya yüksək ixtisaslı kadr hazırlığı? Ali məktəblərə Qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər bir neçə universitetə üstünlük verirlər. O məktəblərdən biri də Qafqaz Universitetidir (QU) ki, ildən-ilə bu təhsil ocağına tələbə qəbulu da artır, yüksək bal toplayanların seçimi də. Adətən, o universitet prestijli hesab edilir ki, ilk növbədə məzunları uyğun ixtisaslar üzrə yüksək maaşlı işlə təmin olunurlar. Bəs universitetin yüksək nüfuz qazanmasına səbəb nədir? Dünən adı dillər əzbərinə çevrilən universitetdə olduq. İlk olaraq qeyd edək ki, Qafqaz Universiteti 1993-cü ildə fəaliyyətə başlayıb, 10 il şəhərin mərkəzində, sonra isə Abşeron rayonunda yerləşən 20 hektarlıq əraziyə köçürülüb. Hazırda üç tədris binası və iki yataqxana inşa edilməklə fəaliyyət göstərir. İş təminatı QU-nun Mətbuat şöbəsinin müdiri Ceyhun Vəliyevin bildirdiyinə görə, universitetin ərazisində yeni kitabxana, yeməkxana və tədris korp...

“BethClip” World Summit Award final mərhələsində

2015-08-27 14:46:07
“BethClip” World Summit Award final mərhələsində   Qafqaz Universiteti Texnoparkı tərəfindən təşkil olunan Yeni Fikir 2014 Müsabiqəsinin qalibi, MilliNet 2014-ün "Ən yaxşı mobil tətbiq" nominasiyası üzrə birinci yeri tutmuş, Şərqin Web summiti hesab olunan Dubayda baş tutan Step Conference, ABŞ-ın "Global Innovation through Science and Technology" (Elm və Texnologiya vasitəsilə Qlobal İnnovasiya) təşkilatı tərəfindən keçirilən Tech-I (Technology İdea)kimi xarici ölkələrdə keçirilən startup yarışmalarında da uğurla iştirak edən BethClip layihəsi Azərbaycanın “World Summit Award 2015” müsabiqəsinin final mərhələsində iştirak hüququ qazanmış 6 layihəsi arasındadır. Onlayn qaydada aparılan seçimlərdə münsiflər tərəfindən seçilən layihə “Business & Commerce” (Biznes və kommersiya) nominasiyasında yarışacaq. Qeyd edək ki, sentyabrın 17-20-də müsabiqənin final mərhələsi Bakıda keçiriləcək. Bu il World Summit Award (Dünya Sammit Mükafat) yarışı BMT-ə üzv 86 ölkədən 386 nominasiya qəbul etdi. Layihələr WSA ekspertl...

Qlobal yarışmada BethClip-ə səs verib, dəstək ola bilərsiniz

2015-05-14 19:00:53
Qlobal yarışmada BethClip-ə səs verib, dəstək ola bilərsiniz Qafqaz Universiteti Texnoparkı tərəfindən təşkil olunan Yeni Fikir 2014 Müsabiqəsinin qalibi, MilliNet 2014-ün "Ən yaxşı mobil tətbiq" nominasiyası üzrə birinci yeri tutmuş BethClip layihəsi ABŞ-ın "Global Innovation through Science and Technology" (Elm və Texnologiya vasitəsilə Qlobal İnnovasiya) təşkilatı tərəfindən keçirilən Tech-I (Technology İdea) yarışmasında iştirak etmək üçün baş vurmuş və 10 may tarixində layihə yarım-finalistləri siyahısına seçilmişdir.Finalda iştiraka seçilmək üçün bütün iştirakçılar üçün səs toplama kompaniyası keçirilir.Qeyd edək ki, müsabiqə 74 ölkədən 792 müraciət qəbul etmişdir ki, son nəticədə 37 ölkədən cəmi 76 layihə yarım finala çıxmaq imkanı əldə etmişdir. Dünyanın müxtəlif ölkələrindən 110 elm, texnika, innovasiya və təşəbbüskarlıq üzrə regional mütəxəssislər layihələrin yoxlanılması prosesində iştirak etmişlər. Qiymətləndirmə zamanı layihə yaxud startapın əlverişliliyi, potensial...

Azərbaycanlı Smartplane layihəsi Kickstarterdə

2015-05-14 14:00:18
Azərbaycanlı Smartplane layihəsi Kickstarterdə Azərbaycanın İT və Yüksək Texnologiyaları ilə maraqlanan bir çox şəxs Tami və Maksim Piriyev qardaşlarının üzərində çalışdığı Bayquş dronu haqqında eşitməmiş olmazlar. Layihə bir neçə dəfə Bakutel sərgisi çərçivəsində təqdim edilməklə yanaşı,  Qafqaz Universiteti tərəfindən keçirilən Yeni Fikir 2014 müsabiqəsinin qaliblərindən biri olmuşdur. Lakin, bununla belə yerli investor və qurumlardan lazımi dəstəyi ala bilməyən iş adamları üzünü kraufandınq platforması olan -ə tutaraq, öz lahiyələrinə maliyyə dəstəyi əldə etmək istəyirlər. Ümumilikdə 151,604.24 ABŞ dollarına bərabər məbləği toplamaq istəyən layihənin tam məliyyə dəstəyi əldə etmək üçün 58 gün vaxtları var. Smartplane adı ilə kickstarterə çıxarılan layihə, təyyarə formasında drondur. Təyyarənin şəxsi onlayn tətbiq mağazası da mövcutdur, və siz ideyalarınızın reallaşdırılması üçün tətbiqlər kodlaşdırıb, sata da bilərsiniz. İstehsalçılar söz verirlər ki, təyyarə y&u...

"Məhsulun təsisatından yatırımcı təqdimatına gedən yol" seminarı

2015-05-13 09:55:11
"Məhsulun təsisatından yatırımcı təqdimatına gedən yol" seminarı May ayının 12-də QUTechnopark tərəfindən təşkil edilən Təşəbbüskarlıq seminarları çərçivəsində növbəti görüş keçirildi. "Happy Farm" CEO və təsisçisi  Anna Degterevanın təqdimatında baş tutan "Məhsulun təsisatından yatırımcı təqdimatına gedən yol" seminarında investora münasibət müxtəlif prizmalardan təhlil edildi. Bundan əlavə, bazarda rəqibin olmasının yaxud tapılmasının vacibliyi, layihəni təqdim edərkən mükəmməliyyətçi olmayıb riskləri gözə almağın önəmi, komanda yığarkən nəzərə alınmalı olan əsas məqamlar, məhsulun nəzərdə tutulduğu auditoriya kimi məsələlərə aydınlıq gətirildi. Görüş əsnasında iştirakçılar təşəbbüskarlıq fəaliyyətinin incəlikləri haqda maraqlı məlumatlar almaq imkanı əldə etmişlər. Qeyd edək ki, rəhbər və mentorlarının Amerika və Avropanın şirkət, həmçinin yatırım fondlarının təsisçiləri olan 100-dən çox böyük girişimci və yatırımcıların olduğu Happy Farm İspaniya, İtaliya, Çin, Ukrayna, Russiya, Azərbaycan, Belarusiya...

Anna Degterevanın təqdimatında seminar

2015-05-08 09:00:39
Anna Degterevanın təqdimatında seminar May ayının 12-də QUTechnopark tərəfindən təşkil edilən Təşəbbüskarlıq seminarları çərçivəsində növbəti görüş keçiriləcəkdir. Seminar "Happy Farm" CEO və təsisçisi  Anna Degterevanın təqdimatında baş tutacaq. Biznes inkubatoru, bir neçə uğurlu təşəbbüskar sahibkarın kapitalist Anna xanım layihəni hazırlayarkən cəmiyyətdəki hansı problemi nəzərə aldığınızı vurğulamağın, tez bir zamanda keyfiyyətli iş meydana gətirməyin əhəmiyyəti kimi önəmli mövzulardan bəhs edəcək. Tədbirdə həm də "Sedaktiv" CEO və təsisçisi Maksim Semençuk, "Reprezent" təsisçisiAleksandr Tomilin kimi xüsusi qonaqlar iştirak edəcək. "Məhsulun təsisatından yatırımcı təqdimatına gedən yol" adlana görüş rus dilində olacaq. Qafqaz Universiteti əsas bina akt zalında saat 17:00-da həyata keçiriləcək seminarda maraqlanan hər kəs iştirak edə bilər. Әsmər Həşimli...

"Yeni Fikir Müsabiqəsi - 2015"in final mərhələsi

2015-05-03 12:55:43
"Yeni Fikir Müsabiqəsi - 2015"in final mərhələsi Aprelin 25-də "Park İnn" otelində Qafqaz Universitetinin Texnoparkı (QU Texnopark) tərəfindən təşkil olunan 2015-ci il üzrə Yeni Fikir  Müsabiqəsinin final mərhələsi keçirilib. Daxil olan 252 müraciətin 196-nın layihə şəklində qeydiyyata alındığı müsabiqənin finalında 12 layihə komandası yarışıb.  Final mərhələsinin açılış mərasimində   müsabiqə haqqında məlumat verilib, onun əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki,Yeni Fikir Müsabiqəsi  innovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə  keçirilir. Layihə eyni zamanda gənclər arasında təşəbbüskarlığı təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə kömək göstərir. İldə bir dəfə keçirilən müsabiqədə  təkcə Qafqaz Universitetinin tələbələri deyil, ölkəmizdə yaşayan bütün gənclər iştirak edə  bilər. Qafqaz Universiteti Texnoparkının direktoru, "Yeni Fikir Müsabiqəsi" layihəsinin rəhbəri İsa Qasımov aç...

Görmə qüsurlu insanlar üçün planşet - Braille Pad

2015-04-29 18:49:12
Görmə qüsurlu insanlar üçün planşet - Braille Pad İndi elə bir zamanda yaşayırıq ki, günümüzü texnologiyasız – kompyuter, mobil telefon, planşetlərsiz təsəvvür edə bilmərik. Bu cihazlar müxtəlif tələbatlarımızı qarşılamaqla yanaşı, dünya görüşümüzün artmasına, ətrafda baş verənlərdən tez bir zamanda xəbər tutmağımıza kömək olur. Lakin bu texnologiyaların bir çoxunun iş prinsipi görmə qusurlu insanları ya nəzərə almır, ya da nəzərə alınan müxtəlif üsulların istifadəsi çox çətin olur. Bütün bunları nəzərə alaraq Azərbaycanlı bir qrup gənc görmə qusurlu insanlar üçün nəzərdə tutulan planşetin hazırlanması üzərində işləyir. Heç təsadüfi deyil ki, layihə görmə qusurlu insanların istifadə etdiyi Braille əlifbasından bəhrələnərək “Braille Pad” adlanır.   Hazırda dünyada 1 milyard gözdən əlil insan var ki, onların da 37 milyonu tamamilə görmə qabiliyyətini itirib. Bundan başqa dünya praktikasında ölkə əhalisinin 10 faizinin gözdən ə...

“Yeni Fikir 2015” müsabiqəsinin qalibləri elan olundu

2015-04-28 11:47:15
“Yeni Fikir 2015” müsabiqəsinin qalibləri elan olundu Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) tərəfindən təşkil olunan “Yeni Fikir 2015" müsabiqəsinin final mərhələsi keçirildi. Müsabiqəyə ümumilikdə 252 müraciət daxil olmuşdur ki, onlardan 196-sı layihə şəklində qeydiyyata alınmış və yalnız 12-si final mərhələsində iştirak etmək hüququ qazanmışdır. Qeyd olundu ki, müsabiqə “QUTechnopark”-ın təşkil etdiyi ən böyük layihədir. Yeni Fikir Müsabiqəsi (YFM) innovativ sahibkarlığı inkişaf etdirmək məqsədilə həyata keçirilir. Gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan, sahibkarlıq fəaliyyətini təşviq edən müsabiqə elmi tədqiqatlarda, eləcə də intelkektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə işgüzar dairələr arasında real körpü rolunu yır. Hər il ənənəvi olaraq keçirilən müsabiqə yüksək texnologiyaların inkişafı istiqamətində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verir. Bu istiqamətlər başlanğıc (start up) idey...

Qafqaz Universiteti tərəfindən təşkil olunan “Yeni Fikir - 2015” müsabiqəsinin qalibləri müəyyənləşib

2015-04-27 11:41:52
Qafqaz Universiteti tərəfindən təşkil olunan “Yeni Fikir - 2015” müsabiqəsinin qalibləri müəyyənləşib Qafqaz Universiteti Texnoparkı  tərəfindən təşkil olunan “Yeni Fikir - 2015” müsabiqəsinin final mərhələsi keçirilib. Əvvəlcə müsabiqə barədə məlumat verilib. Universitetin rektoru Ahmet Saniç dedi ki, bu müsabiqə “QUTechnopark”ın təşkil etdiyi ən böyük layihələrdən biridir.Yeni Fikir Müsabiqəsi innovativ sahibkarlığı inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan sahibkarlıq fəaliyyətini təşviq edir ki, bu da elmi tədqiqatlarda, eləcə də intellektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. Müsabiqə  təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.Müsabiqədə Azərbaycanda yaşayan bütün gənclər iştirak edə bilərlər.Layihə yüksək texnologiyaların inkişafı istiqamətində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verir. Bu istiqamətlərə başlanğıc ideyası, mobil proqramlar, internet, proqram təminatı, yeni biznes mo...

QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir 2015 Müsabiqəsinin qaliblər bəlli oldu

2015-04-25 21:00:15
QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir 2015 Müsabiqəsinin qaliblər bəlli oldu Qaliblər aşağıdakı kimi mükafatları qazandılar.   1-ci yeri qazanan layihə:  "Security Copter" - 5000 manat   2-ci yeri qazanan layihə:  "Baku Parking" - 3000 manat   3-cü yeri qazanan layihə: "SOTEQA LAB" - 2500 manat   4-cü yeri qazanan layihə: "Braille Pad" - 1500 manat   Müsabiqədə yüksək nəticə göstərərək mükafatlar qazanan digər layihələr: "Avtomatik Müdafiə Qurğusu" - 1000 manat "Appoll" - 1000 manat "KURSLU.COM - onlayn təlim şəbəkəsi" - 1000 manat "seyahetler.com" - 1000 manat "ServiceOn" - 1000 manat "Reflected Security" - 1000 manat "Kitabmatik" - 500 manat "Never Again" - 500 manat Yuxarıda qeyd olunan layihələrin inkişafı üçün QUTechnopark-ın təmin edəcəyi digər dəstəklər aşağıdakı kimidir: 1.  Layihənin müəllifləri, iş fikirlərinin şirkətləşdirilməsi məqsədilə, QUTechnopark-da təsis edilmiş İnkubasiya Mərkəzindən 1 il müddətində ödənişsiz istifadə edə biləcək. 2. İrəli sürülən ideyanın şirkətləşməsi istiqamətində mentor dəs...

Yeni Fikir 2015 Müsabiqəsinin final mərhələsi aprelin 25-də keçiriləcək

2015-04-08 12:12:37
Yeni Fikir 2015 Müsabiqəsinin final mərhələsi aprelin 25-də keçiriləcək Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) tərəfindən təşkil olunan  Aprelin 25-də, Park İnn Oteldə keçiriləcək. Finalda 12 layihə komandası yarışacaq. Qeyd edək ki, Müsabiqəyə ümumilikdə 252 müraciət daxil olmuşdur ki, onlardan 196-sı layihə şəklində qeydiyyata alınmışdır.  Müsabiqə “QUTechnopark”-ın təşkil etdiyi ən böyük layihədir. Yeni Fikir Müsabiqəsi (YFM) innovativ sahibkarlığın inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan sahibkarlıq fəaliyyətini təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də intelkektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. İldə bir dəfə keçirilən müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilər. YFM yüksək texnologiyaların inkişafı istiqamətində ...

Bethclip Dubayda baş tutan Step Conference-da çıxış edib

2015-04-05 12:00:33
Bethclip Dubayda baş tutan Step Conference-da çıxış edib QU Texnoparkın təşkilatçılığı ilə həyata keçirilmiş Yeni Fikir Müsabiqəsi 2014-ün qalibi BethClip layihəsi artıq xarici ölkələrdə keçirilən startup yarışmalarında da uğurla iştirak etməkdədir. Bu dəfə layihənin rəhbəri Rəşid Əliyev Şərqin Web summiti hesab olunan Dubayda baş tutan Step Conference-da çıxış etmək imkanı qazandı. Orada stend təşkil etmiş və təqdimat yarışmasında iştirak etmiş Rəşid bəy finala keçmiş 10 startupçıdan biri oldu. Yarış nəticəsində xal hesabı ilə beşinci olan layihə son günlərdə Oasis 5000-ün İordaniya filialından inkubasiya və investisiya təklifi ilə yanaşı, hələ adlarının açıqlanmasını istəmədikləri 2 mələk investordan da təklif almışdır və təkliflər öncəki investorlarla birgə dəyərləndirmə mərhələsindədir....

Koç Holdinq qrupuna aid KoçSistem Qafqaz Universiteti Texnoparkında

2015-04-03 20:02:50
Koç Holdinq qrupuna aid KoçSistem Qafqaz Universiteti Texnoparkında Koç Holdinq qrupuna aid KoçSistem Qafqaz Universiteti Texnoparkı ilə əməkdaşlıqda maraqlıdır.Aprelin 2-də Koç Holdinq qrupuna aid olan KoçSistem şirkətinin Azərbaycan təmsilçiliyinin nümayəndələri Qafqaz Universiteti Texnoparkında oldular. Şirkətin direktoru Dos.Dr. Ali B. Kutvan və şirkətin satış üzrə meneceri Görkem Gökce ilə Qutechnopark-da geniş tərkibli görüş keçirildi. Əvvəlcə, QUTexnoparkın direktoru Dos.Dr.İsa H.Qasımov QUTexnopark-ın fəaliyyəti və potensial imkanları haqqında qonaqlara informasiya verdi. QUTexnopark İdarə Heyətinin sərdi Dos.Dr. Şahin H. Durmaz və QUTexnopark-ın bəzi Rezidentlərinin də iştirak etdiyi görüşdə qarşılıqlı təkliflər qiymətləndirildi və əməkdaşlıq imknaları müzakirə olundu. Görüş əsanasında hər iki tərəfin maraqlarını əks etdirən məqamların yaxın gələcəkdə dəyərləndirilərək razılığa gəlinməsi nəzərdə tutuldu....

YFM 2015 finalçıları üçün təlimlər

2015-04-01 00:53:21
YFM 2015 finalçıları üçün təlimlər Yeni Fikir 2015 Müsabiqəsi yeni startupçılara dəstəyi hədəf götürən bir yarış olduğu üçün finala qədər iştirakçılar üçün xüsusi təlimlərin də həyata keçirilməsini nəzərdə tutur. Bunun üçün finala vəsiqə qazanmış layihələrin müəlliflərinə iş fikirlərinin inkişaf etdirilməsi, eləcə də final proqramına hazırlıqlarla bağlı seminarlar keçirilmişdir. Bu müstəvidə Münsiflər heyəti üzvlərinin layihə müəllifləri ilə görüşü, İnnovativ sahibkarlıq mövzusunda Məmməd Kərimin, "Təqdimat bacarıqları" mövzusunda Dr. Elnur Əsgərlinin, "Biznes Plan" mövzusunda dr. Kərim Məmmədovun, "StartUpların formalaşması və inkişafında Yaponiya təcrübəsi" mövzusunda Tofiq Həsənovun təqdimatında seminar və ya görüşlər keçirilmişdir.Görüşlər əsnasında layihə müəllifləri innovativ sahibkarlığın spesifik xüsusiyyətləri, təqdimat əsnasında yerinə yetirilməsi mühüm olan məqamlar, uğurlu biznes planının başlıc...

“Yeni Fikir 2015” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan layihələr müəyyənləşib

2015-03-30 19:34:13
“Yeni Fikir 2015” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan layihələr müəyyənləşib "Yeni Fikir-2015" (YFM) müsabiqəsində final mərhələsinə vəsiqə qazanan layihələr bəlli olub. Təşkilat Komitəsindən bildirilib ki, müsabiqənin final mərhələsində 12 komanda yarışacaq. Final mərhələsi aprelin 25-də keçiriləcək.Finala vəsiqə qazanmış layihələrə "Appoll",  "Avtomatik Müdafiə Qurğusu", "Baku Parking", "Braille Pad", "Kitabmatik", "KURSLU.COM - onlayn təlim şəbəkəsi", "NeverAgain", "Reflected Security", "Security Copter", "Serviceon", "seyahetler.com", "Soteqalab" daxildir.Qeyd edək ki, YFM Azərbaycanda innovativ sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də  texnoparkda ekosistemin inkişaf etdirilməsi üçün  müxtəlif layihələr həyata keçirən "QUTechnopark"ın (Qafqaz Universiteti Texnoparkı – "http://qutechnopark.az") fəaliyyət istiqamətlərindən biridir. YFM-in məqsədi gənclər arasında innovativ sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir.Müsabiqədə müxtəlif sahələr üzrə yeni iş fikirlərinin inkişafına dəstək verilir. YFM ildə bir dəfə keçirilir. Bu müsabiqəd...

Yeni Fikir-2015 müsabiqəsində final mərhələsinə vəsiqə qazanan layihələr bəlli olub

2015-03-30 15:11:52
Yeni Fikir-2015 müsabiqəsində final mərhələsinə vəsiqə qazanan layihələr bəlli olub "Yeni Fikir-2015" (YFM) müsabiqəsində final mərhələsinə vəsiqə qazanan layihələr bəlli olub. Təşkilat Komitəsindən bildirilib ki, müsabiqənin final mərhələsində 12 komanda yarışacaq. Final mərhələsi aprelin 25-də keçiriləcək.Finala vəsiqə qazanmış layihələrə "Appoll",  "Avtomatik Müdafiə Qurğusu", "Baku Parking", "Braille Pad", "Kitabmatik", "KURSLU.COM - onlayn təlim şəbəkəsi", "NeverAgain", "Reflected Security", "Security Copter", "Serviceon", "seyahetler.com", "Soteqalab" daxildir.Qeyd edək ki, YFM Azərbaycanda innovativ sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də  texnoparkda ekosistemin inkişaf etdirilməsi üçün  müxtəlif layihələr həyata keçirən "QUTechnopark"ın (Qafqaz Universiteti Texnoparkı – "http://qutechnopark.az") fəaliyyət istiqamətlərindən biridir. YFM-in məqsədi gənclər arasında innovativ sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir.Müsabiqədə müxtəlif sahələr üzrə yeni iş fikirlərinin inkişafına dəstək verilir. YFM ildə bir dəfə keçirilir. Bu müsabiqəd...

Yeni Fikir Müsabiqəsi 2015-in yarım final mərhələsi baş tutdu

2015-03-29 19:00:22
Yeni Fikir Müsabiqəsi 2015-in yarım final mərhələsi baş tutdu    Uzun müddətdir böyük səbrsizliklə gözlənilən Yeni Fikir Müsabiqəsi 2015-in yarım final mərhələsi baş tutdu. Ölkəmizin müxtəlif təhsil müəssisələri və dövlət, həmçinin özəl şirkətlərindən olan iştirakçılar müxtəlif sahələrə aid layihələri ilə münsiflər heyətinin qarşısına çıxdı. Yarışmaya eyni zamanda Türkiyədən də qatılanlar olmuşdur. Iştirakçılar öz layihələrinin məqsədi, vizyonu, yenilikçi spesifik xüsusiyyətləri, layihənin hansı auditoriyaya xitab etdiyi haqda məlumat verərək münsiflər heyətinin suallarını cavablandırdı. Təqdimatını bitirən iştirakçılara həm də öz fikirlərini, iradlarını bildirmələri üçün anket paylandı. Qeyd edək ki, Yeni Fikir Müsabiqəsi ölkəmizdə innovasiya meyilli layihələrin tanınması və onlara dəstək üçün təşkil olunur. Bu arada müsabiqənin final mərhələsinə vəsiqə qazanmış iştirakçılar artıq bəllidir. Bütün iştirakçılara gələcək fəaliyyətlərind...