Qafqaz Universitetinin tələbəsi qrant qazandı

24 Oct 2016 17:14
Qafqaz Universitetinin tələbəsi qrant qazandı

Qafqaz Universitetinin tələbəsi  Riad Bağırovun rəhbərlik etdiyi “Profitable Trader"  layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsindən 12 000 manat məbləğində qrant qazanıb.

 

“Profitable"  layihəsi   xüsusi  olaraq  maliyyə bazarları və orda istifadə  üçün hazırlanmışdır.  Hazırlayacağımız proqrama uyğun  olaraq  maliyyə bazarları riyazi,statistik və digər  texniki  göstəricilər analiz edilir. Daha sonra isə avtomatik olaraq ticari proqnozlar verilir, bu da öz növbəsində şirkətlərin gələcək maliyyə qərarlarının alınmasında mühim rol oynayır.          Bütün göstəricilər avtomatik olaraq analiz edilir, sadəcə analiz etmək istədiyimiz ticarət alətini daxil etməklə ,  həmin ticarət aləti barədə  avtomatik proqnozlar verə bilərik.   

 

Xeberler.az-ın məlumatına görə, elektron xidmətlərin inkişafı, infrastrukturun təkmilləşdirilməsi, innovativ həllər üzrə layihələrin qəbul edildiyi bu qrant müsabiqəsinə ümumilikdə 121 layihə təqdim olunub. Bu layihələrdən 112-si ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim olunub. Kompleks ekspertizaya təqdim olunan 112 layihədən isə 61-i müsbət rəy alıb.

 

Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 61 layihədən sonda 29 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edib.