Yeni Fikir 2016 Müsabiqəsində yarımfinalçılar elan olundu

02 Apr 2016 12:00
Yeni Fikir 2016 Müsabiqəsində yarımfinalçılar elan olundu

211 layihənin qeydiyyatdan keçdiyi Yeni Fikir 2016 Müsabiqəsində (YFM) 30 layihə yarımfinala vəsiqə qazanıb.

 

YFM 2016 əsasında yarımfinal mərhələsi 09 Aprel 2016-cı il tarixində "Sup.az"ın ofisində (Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 153)  keçiriləcək.

 

Yarımfinala vəsiqə qazanmış layihələrin siyahısı və bu mərhələdə tətbiq olunacaq qaydalar haqqında geniş informasiyanı aşağıdakı ünvandan istifadə edərək əldə edə bilərsiniz. http://yenifikir.az/az/pages/Yarimfinal-2016-56.html

 

Qeyd edək ki, 240-dan çox müraciətin daxil olduğu YFM 2016 əsasında 211 layihə (iş fikri) qedyiyyatı təsdiqlənmişdi. Qediyyatdan keçən layihələr veb səhifədə  yerləşdirilib.

 

İlkin qiymətləndirmə prosesində əsas qiymətləndirmə meyarları kimi layihədə irəli sürülən iddianın innovasiyası; ortaya çıxarılacaq məhsul və ya xidmətin bazar imkanları; komandanın potensialı nəzərə alınır. 

 

  • Komandanın potensialı: Layihəni həyata keçirməyə iddialı olan komandanın bilik, bacarıq və layihənin istiqamətləri üzrə təcrübələri, eləcə də ortaqlıq yanaşmalarının pozitivliyi. Komanda üzvlərinin təcrübə müddəti,ixtisaslaşmış təcrübə, komandada iştirakçı sayı, qrupun bacarıq və təcrübələri, hər bir üzvün layihənin inkişafında rolu, layihə ilə əlaqəli hər cür əməkdaş çatışmazlıqları və bunların necə aradan qaldırılacağı. (Komanda üzvlərinin hamısının təqdimatda iştirak etməsi tövsiyə edilir.)  (maxsimum 30 bal)
  • Məhsul və ya xidmət: Məhsul və ya xidmətin səmərəliliyi, onun hansı ehtiyacları necə təmin etməsi.(maxsimum 20 bal)
  • Bazar potensialı (market): Potensial bazar imkanları və onun genişliyi. Bazara daxil olmağa mane olan amillərin təhlili. İnhisar iddiaları (bazarı ələ keçirə bilmə iddiaları, plan və imkanları). Rəqabət gücü. Məhsul və xidmətin alıcıları, alma səbəbləri, hədəf bazarın xüsusiyyətləri, böyüklüyü və inkişaf potensialı, rəqibləri, qiymətləndirmə siyasəti və real biznesə yaxınlığı. (maxsimum 20 bal)
  • Biznes model: Startap-ın mövcud inkişaf vəziyyəti, nailiyyətləri və perspektivləri. İnkişaf üçün yol xəritəsi və ya strategiyası. (maxsimum 10 bal)

 

Müsabiqənin Final Proqramı isə, 30 Aprel 2016-cı ildə keçirilkəcəyi planlaşdırlır.

 

Qeyd edək ki, YFM Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) təşkil etdiyi layihədir. YFM 2013-cü ildə QUTechnopark-da təsis edilib. IV YFM-nin "Qutechnopark"ın təşkilatçılığı ilə yanaşı, "Khazar Ventures", "Sup.az" və "KOÇ Sistem Azərbaycan" şirkətlərinin dəstəyi ilə keçirilir. Müsabiqənin qalibinə veriləcəyi nəzərdə tutulmuş ilkin maliyyə dəstəyini "Sup.az" şirkəti, maxsimum 10 000 Avro miqdarında olmaqla, üzərinə götürüb. 

 

YFM innovativ sahibkarlığı inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir. YFM təşəbbüskar gənclərlə iş dünyası, eləcə də investorlar arasında real körpü rolunu oynayır.

 

YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan hər kəs iştirak edə bilir.

 

http://yenifikir.az/az/pages/Yarimfinal-2016-56.html