Yeni Fikir Müsabiqəsi 2016-da 211 layihə qeydiyyatdan keçib

21 Mar 2016 21:03
Yeni Fikir Müsabiqəsi 2016-da 211 layihə qeydiyyatdan keçib

Yeni Fikir 2016 Müsabiqəsinə (YFM) layihələrin qeydiyyatı Martın 17-də başa çatdı. http://yenifikir.az/ elektron səhifəsindən istifadə edərək "online" formada həyata keçirilən layihələrin qeydiyyatı prosesinə 01 Fevarl 2016-cı il tarixində başlanmışdı. 240-dan çox müraciətin daxil olduğu YFM 2016 əsasında 211 layihə (iş fikri) qedyiyyatdan keçib. Qediyyatdan keçən layihələr http://yenifikir.az/az/pages/Layiheler-2016-56.html ünvanında yerləşdirilib.

 

Hazırda ilkin qiymətləndirmə prosesinə başlanıb. Qiymətləndirmə prosesi müxtəlif sahələrdə fəaliyyət göstərən təcrübəli mütəxəssilər tərəfindən təmin edilir. 
İlkin qiymətləndirmə prosesində əsas qiymətləndirmə meyarları kimi layihədə irəli sürülən iddianın innovasiyası; ortaya çıxarılacaq məhsul və ya xidmətin bazar imkanları; komandanın potensialı nəzərə alınır. 

 

Yarımfinal və final mərhələdə isə, layihələri qiymətləndirərkən aşağıdakı meyarlar əsas görürləcək:

 

1. Komandanın potensialı: Layihəni həyata keçirməyə iddialı olan komandanın bilik, bacarıq və layihənin istiqamətləri üzrə təcrübələri, eləcə də ortaqlıq yanaşmalarının pozitivliyi.

2. Məhsul və ya xidmət: Məhsul və ya xidmətin səmərəliliyi, onun hansı ehtiyacları necə təmin etməsi.

3. Bazar potensialı: Potensial bazar imkanları və onun genişliyi. Bazara daxil olmağa mane olan amillərin təhlili. İnhisar iddiaları (bazarı ələ keçirə bilmə iddiaları, plan və imkanları). Rəqabət gücü. Məhsul və xidmətin alıcıları, alma səbəbləri, hədəf bazarın xüsusiyyətləri, böyüklüyü və inkişaf potensialı, rəqibləri, qiymətləndirmə siyasəti və real biznesə yaxınlığı.

4. Biznes model: Startap-ın mövcud inkişaf vəziyyəti, nailiyyətləri və perspektivləri. İnkişaf üçün yol xəritəsi və ya strategiyası.

 

Xatırdaq ki, IV YFM-nın yarımfinal proqramı 09 Aprel 2016-cı il tarixində tarixində "Sup.az"ın ofisində (Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 153) keçiriləcək. Yarımfinala vəziqə qazanmış layihələrin adları 02 Aprel 2016-cı il tarixində elan ediləcək. Müsabiqənin Final Proqramı isə, 30 Aprel 2016-cı ildə keçirilkəcəyi planlaşdırlır.
Qeyd edək ki, YFM Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) təşkil etdiyi layihədir. YFM 2013-cü ildə QUTechnopark-da təsis edilib. IV YFM-nin "Qutechnopark"ın təşkilatçılığı ilə yanaşı, "Khazar Ventures", "Sup.az" və "KOÇ Sistem Azərbaycan" şirkətlərinin dəstəyi ilə keçirilir. Müsabiqənin qalibinə veriləcəyi nəzərdə tutulmuş ilkin maliyyə dəstəyini "Sup.az" şirkəti, maxsimum 10 000 Avro miqdarında olmaqla, üzərinə götürüb. 
YFM innovativ sahibkarlığı inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir. YFM təşəbbüskar gənclərlə iş dünyası, eləcə də investorlar arasında real körpü rolunu oynayır.
YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan hər kəs iştirak edə bilir.

 

http://yenifikir.az/az/