Qafqaz Universiteti Texnoparkı Yeni Fikir Müsabiqəsini elan edir

02 Feb 2016 01:37
Qafqaz Universiteti Texnoparkı Yeni Fikir Müsabiqəsini elan edir

Yeni fikir nədir?

 

Yeni Fikir Müsabiqəsi (YFM) Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) təşkil etdiyi layihədir. Bu layihə innovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.

YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilər.

 

Missiya

 

•İnnovativ sahibkarlığı dəstəkləmək.
•QUTechnopark-da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq
•Ölkənin dayanıqlı sosial iqtisai inkişafına dəstək vermək,
•İKT-nin inkişafına dəstək vermək,
•Təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək vermək,
•Təşəbbüskar yanaşmanı inkişaf etdirmək.

 

Məqsəd

 

Bu müsabiqənin məqsədi texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir. Bu sahələr isə: başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyalari və istehlakçi elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s.

 

Hədəf

 

•Ölkənin və regionun inkişafında rol oyanaya biləcək, beynəlxalq rəqabətə dayanıqlı şirkətlərin formalaşdırılması;

•Təşəbbüskar düşüncənin inkişaf etdirilməsi.

•Məhsulunu pula çevirə biləcək iş fikirlərinin şirkətləşməsini təmin etmək.

•Bütün fikir və ideyalar müəllifin mülkiyyəti kimi qorunur.

 

Təşkilatçılar

 

• QUTechnopark

• Sup.az

• Khazar Ventures

• KOÇ Sistem

 

Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçin: Online qeydiyyat forması

http://senaye.gov.az/az/announcements/qutech/