CEO SUMMİT 2015

07 Dec 2015 08:57
CEO SUMMİT 2015

Dekabr ayının 7-də Qafqaz Universiteti Texnoparkının İnkubasiya Mərkəzində fəaliyyət göstərən "Business Talk" şirkəti tərəfindən "CEO SUMMİT 2015" proqramı baş tutdu. Əsas mövzusu iş həyatı, karyera, qlobal şirkətlərdə idarəçilik, fərdi inkişaf olan proqramda Azərbaycan və Türkiyə, həmçinin qlobal şirkətlərdə fəaliyyət göstərən altı iş adamı təcrübələrini və dəyərli fikirlərini iştirakçılarla bölüşdü. Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov: “İş həyatında təhsilli insanmı yoxsa əxlaqlı insamı?”, "P&G" şirkətinin Azərbaycan və Gürcüstan üzrə direktoru Taygun Gunay: “Qlobal markalarda idarəçi olmaq”, MADO Azərbaycan şirkətinin təsisçi ortağı və direktoru Kamran Məşədiyev: “Uğurlu biznesin təməlləri”, " Koç Sistem" şirkətinin Azərbaycan üzrə  direktoru Ali B. Kutvan: “Şirkətlərdə Strateji İdarəetmə”, " Mc Donalds" şirkətinin İngiltərə və Türkiyə üzrə direktoru Ahmet Murtezaoğlu:  “Markaları marka edən loqoları deyil, içindəki insanlardır”, Scentling Şirkətinin Azərbaycan, Gürcüstan və İndoneziya rəhbəri  Bəhruz Babayev “Qlobal biznes əlaqələri” mövzusunda çıxış etdilər. Auditoriyanın suallarını cavablandıran spikerlər geniş həyat təcrübələrindən, mümkün maneələr və onların həll yollarından bəhs edərək bir çox iştirakçını çoxdandır narahat edən mövzularda onları maarifləndirdi. Xatırladaq ki, "CEO SUMMİT 2015" proqramının əsas dəstəkçisi Qafqaz Universiteti Texnoparkıdır. Qafqaz Universiteti Texnoparkı könüllüləri layihə rəhbəri Eyyub Hüseynzadənin təlimatları ilə tədbirin təşkilatçılığında yaxından iştirak etmişlər.

Əsmər Həşimli