Azərbaycandan olan startup dünyanın ən yaxşı 20 startupı sırasında

23 Nov 2015 23:10
Azərbaycandan olan startup dünyanın ən yaxşı 20 startupı sırasında

Bir il öncə beynəlxalq «Open Startup» müsabiqəsinə 89 ölkədən 800-ə yaxın layihə baş vurmuşdu. Həmin layihələrdən biri də Azərbaycandan olan "Bethclip" layihəsi idi.

Biznes yönümlü CBNC təşkilatı isə həmin startuplar arasından dünyanın ən yaxşı 20 startupını seçib. «Bethclip» layihəsi də bu siyahıda yer almağı bacarıb. 

BethClip layihəsinin təsisçisi və rəhbəri Rəşid Əliyevin sözlərinə görə belə bir mötəbər siyahıda yer almaq böyük uğurdur və bu uğurun Azərbaycan adına yazılması qürurvericidir.

Məlumat üçün qeyd edək ki, BethClip — artıq zaman itkisindən və əziyyətlərdən qurtulmağa köməyinizə gələn ximət və tətbiqdir. Belə ki, mobil cihaz istifadəçisi olaraq Sizdə hər hansı bir SMS-in mətnini, qurğuda daxil etdiyiniz qeydləri, ziyarət etdiyiniz veb səhifədən və ya hər hansı bir yazışmanızın mətnini digər qurğunuza; telefonunuza, planşetinizə, kompyüterinizə və hətta ağıllı televizorunuza ötürmək istəyi yarana bilər. Bunun üçün müxtəliv uzun həllərə əl atmısınız, e-mail, fayl sinxronlaşması və s. istifadə etmisiniz.

Siz ximətdən istifadə etmək istədiyiniz (dəstəklənən) mobil qurğulazınıza proqtam təminatımızı yükləyir və quraşdırırsınız. İlk açlıldıqda, qeydiyayt formasını doldurursunuz və cihazlarınızı bir e-poçt (e-mail) ünvanı altında cəmləşdirirsiniz.

https://www.youtube.com/watch?v=k-IZBtZ3RRk

http://technimum.com/blog/start-up/5915.html