Azərbaycanlı Smartplane layihəsi Kickstarterdə

14 May 2015 14:00
Azərbaycanlı Smartplane layihəsi Kickstarterdə

Azərbaycanın İT və Yüksək Texnologiyaları ilə maraqlanan bir çox şəxs Tami və Maksim Piriyev qardaşlarının üzərində çalışdığı Bayquş dronu haqqında eşitməmiş olmazlar. Layihə bir neçə dəfə Bakutel sərgisi çərçivəsində təqdim edilməklə yanaşı,  Qafqaz Universiteti tərəfindən keçirilən Yeni Fikir 2014 müsabiqəsinin qaliblərindən biri olmuşdur. Lakin, bununla belə yerli investor və qurumlardan lazımi dəstəyi ala bilməyən iş adamları üzünü kraufandınq platforması olan Kickstarter-ə tutaraq, öz lahiyələrinə maliyyə dəstəyi əldə etmək istəyirlər. Ümumilikdə 151,604.24 ABŞ dollarına bərabər məbləği toplamaq istəyən layihənin tam məliyyə dəstəyi əldə etmək üçün 58 gün vaxtları var.

Smartplane adı ilə kickstarterə çıxarılan layihə, təyyarə formasında drondur. Təyyarənin şəxsi onlayn tətbiq mağazası da mövcutdur, və siz ideyalarınızın reallaşdırılması üçün tətbiqlər kodlaşdırıb, sata da bilərsiniz.

İstehsalçılar söz verirlər ki, təyyarə yüklənmədən 80 dəqiqə ərzində havada qala bilir. Onlar bildirirlər ki, əsas məqsəd, maraqlı ideyaların reallaşdırılması üçün sərfəli, istifadə üçün rahat və özəlləşdirilə biləcək bir təyyarə yaratmaqdır.

46c006

Layihə haqqında daha ətraflı burada öyrənə bilərsiniz.