YFM 2015 finalçıları üçün təlimlər

01 Apr 2015 00:53
YFM 2015 finalçıları üçün təlimlər

Yeni Fikir 2015 Müsabiqəsi yeni startupçılara dəstəyi hədəf götürən bir yarış olduğu üçün finala qədər iştirakçılar üçün xüsusi təlimlərin də həyata keçirilməsini nəzərdə tutur. Bunun üçün finala vəsiqə qazanmış layihələrin müəlliflərinə iş fikirlərinin inkişaf etdirilməsi, eləcə də final proqramına hazırlıqlarla bağlı seminarlar keçirilmişdir. Bu müstəvidə Münsiflər heyəti üzvlərinin layihə müəllifləri ilə görüşü, İnnovativ sahibkarlıq mövzusunda Məmməd Kərimin, "Təqdimat bacarıqları" mövzusunda Dr. Elnur Əsgərlinin, "Biznes Plan" mövzusunda dr. Kərim Məmmədovun, "StartUpların formalaşması və inkişafında Yaponiya təcrübəsi" mövzusunda Tofiq Həsənovun təqdimatında seminar və ya görüşlər keçirilmişdir.Görüşlər əsnasında layihə müəllifləri innovativ sahibkarlığın spesifik xüsusiyyətləri, təqdimat əsnasında yerinə yetirilməsi mühüm olan məqamlar, uğurlu biznes planının başlıca cəhətləri, StartUpların formalaşması və inkişafında Yaponiya təcrübəsi, eləcə də onun fərqləri kimi önəmli mövzularda yeni biliklər əldə etmək imkanı qazanmışlar.

Əsmər Həşimli