Qafqaz Universiteti tərəfindən təşkil olunan “Yeni Fikir - 2015” müsabiqəsinin qalibləri müəyyənləşib

27 Apr 2015 11:41
Qafqaz Universiteti tərəfindən təşkil olunan “Yeni Fikir - 2015” müsabiqəsinin qalibləri müəyyənləşib

Qafqaz Universiteti Texnoparkı  tərəfindən təşkil olunan “Yeni Fikir - 2015” müsabiqəsinin final mərhələsi keçirilib.

Əvvəlcə müsabiqə barədə məlumat verilib. Universitetin rektoru Ahmet Saniç dedi ki, bu müsabiqə “QUTechnopark”ın təşkil etdiyi ən böyük layihələrdən biridir.Yeni Fikir Müsabiqəsi innovativ sahibkarlığı inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan sahibkarlıq fəaliyyətini təşviq edir ki, bu da elmi tədqiqatlarda, eləcə də intellektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. Müsabiqə  təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.Müsabiqədə Azərbaycanda yaşayan bütün gənclər iştirak edə bilərlər.Layihə yüksək texnologiyaların inkişafı istiqamətində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verir. Bu istiqamətlərə başlanğıc ideyası, mobil proqramlar, internet, proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə üçün informasiya texnologiyaları və s. daxildir.Müsabiqənin nəticəsinə görə ən yaxşı 10 layihənin şirkətləşməsinə QUTechnopark ilkin maliyyə, ofis və əlavə investor dəstəyi verir.Eyni zamanda, seçilən 10 layihənin müəllifləri QUTechnopark İnkubasiya Mərkəzindən bir il müddətində ödənişsiz istifadə edə biləcək.Bildirilib ki, müsabiqə üçün 196 layihə qeydə alınıb. Onlardan 12-si finala çıxıb.Sonra final mərhələsi üçün seçilən layihələrin təqdimatı olub. Onlardan 10-u müsabiqənin qalibi seçildi və mükafatlandırılıb.

http://www.aztv.az/readnews.php?lang=az&id=19427