Bethclip Dubayda baş tutan Step Conference-da çıxış edib

05 Apr 2015 12:00
Bethclip Dubayda baş tutan Step Conference-da çıxış edib

QU Texnoparkın təşkilatçılığı ilə həyata keçirilmiş Yeni Fikir Müsabiqəsi 2014-ün qalibi BethClip layihəsi artıq xarici ölkələrdə keçirilən startup yarışmalarında da uğurla iştirak etməkdədir. Bu dəfə layihənin rəhbəri Rəşid Əliyev Şərqin Web summiti hesab olunan Dubayda baş tutan Step Conference-da çıxış etmək imkanı qazandı. Orada stend təşkil etmiş və təqdimat yarışmasında iştirak etmiş Rəşid bəy finala keçmiş 10 startupçıdan biri oldu. Yarış nəticəsində xal hesabı ilə beşinci olan layihə son günlərdə Oasis 5000-ün İordaniya filialından inkubasiya və investisiya təklifi ilə yanaşı, hələ adlarının açıqlanmasını istəmədikləri 2 mələk investordan da təklif almışdır və təkliflər öncəki investorlarla birgə dəyərləndirmə mərhələsindədir.