Happy Farm Biznes İnkubatoru Qafqaz Universiteti Texnoparkında

06 Mar 2015 19:57
Happy Farm Biznes İnkubatoru Qafqaz Universiteti Texnoparkında

 Mart ayının 16-da QUTechnopark və Happy Farm ABŞ biznes akseleratoru tərəfindən "Startup Day" tədbiri keçiriləcək. Qeyd edək ki, bu rəhbər və mentorlarının Amerika və Avropanın şirkət, həmçinin yatırım fondlarının təsisçiləri olan 100-dən çox böyük girişimci və yatırımcıların olduğu Happy Farm heyətinin Bakıya ilk gəlişidir. Happy Farm İspaniya, İtaliya, Çin, Ukrayna, Russiya, Azərbaycan, Belarusiya kimi ölkələrdə 42 şirkəti olan, 2012-ci ildən bəri Silikon vadisində 5 tədris, 7 təcrübə proqramını uğurla bitirmiş və rezidentlərinin inkişafı üçün yatırımlar etmişdir. Tədbirdə Happy Farm təsisçisi və baş direktoru Anna Degterevanın təqdimatında "Öz startupına yatırımları necə cəlb etməli" nitqindən sonra startuplarınızı auditoriya və investorlara təqdim edə biləcəyiniz, qrupla çalışıb rəy və məsləhətlər almaq imkanınızın olacağı interaktiv iş saatı olacaqdır. Bundan əlavə, tədbir proqramında iştirakçı və qonaqların şəbəkələşməsi üçün də xüsusi saat ayrılmışdır.

Tədbirə təşəbbüskarlar, startuplar, tələbələr, iş adamları, sahibkarlar, təsisçilər dəvətlidir.

Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.

https://www.facebook.com/events/613416952122963/

https://www.facebook.com/BusinessIncubatorHappyFarm?fref=ts