Yeni Fikir 2014 qalibi BethClip növbəti Toxum İnvestisiyasını Amerikanın Imperious Group investisiya şirkətindən aldı

26 Dec 2014 09:19
Yeni Fikir 2014 qalibi BethClip növbəti Toxum İnvestisiyasını Amerikanın Imperious Group investisiya şirkətindən aldı

Qafqaz Universiteti Texnioparkının (QUTechnopark) həyata keçirdiyi Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanaraq ilk toxum investisiyasını (10000 manat) əldə edən BethClip layihəsi bir ilə yaxın müddətdə uğurlarını inkişaf etdirərək böyük investisiyanı aldı.  Belə ki, BethClip özünün ikinci Toxum İnvestisiyasını rəsmi olaraq almış və Amerikanın Imperious Group investisiya şirkəti ilə uzun müddətli bir müqavilə imzalamışdır! Bu BethClip'in imkanlarını daha da artıracaq və sizlərə daha yaxşı xidmət göstərməsinə kömək edəcək! 

BethClip nədir?

BethClip ingilis dilindəki between və clipboard sözlərinin köklərinin (beth və clip) birləşməsi olmaqla müxtəlif platformalı cihazlar arasında buferdəki (clipboard) məlumatların digər cihaz və cihazlara bir kliklə və ani olaraq ötürmək üçün xidmət növlü proqram təminatıdır (SaaS). Lahiyyə 2013-cü ildə Əliyev Rəşid tərəfindən yaradılmış və bir çoxlarının qısa zamanda və az addım sayı ilə məlumatlarının digər cihazlarına ötürülməsi zamanı baş verən çətinliklərin aradan qaldırılmasına xidmət etmək üçün nəzərdə tutulmuşdur.

Xidmət iki və daha çox cihaz arasında clipboardın və digər məlumatların ani olaraq məlumatın ötürülməsinə kömək edəm xidmətdir.

http://www.myvideo.az/?video_id=1929545

BethClip layihəsinin digər uğurları haqqında:

BethClip Azərbaycanın son zamanlarda həm daxili həm də beynəlxalq aləmdə uğur qazanmış layihələrindən biridir. Layihə 2013-cü ilin Mart ayında Rəşid Əliyev tərəfindən irəli sürülmüşdür. Layihənin rəhbəri Rəşidin dediyinə görə layihə ilk öncə özünün sözü gedən problemlə çox rastlaşmağından irəli gəlib. Problemin həlli yollarına baxdıqda isə bazarda olan boşluğu görən Rəşid artıq 2014-cü ilə doğru komandasını qurmağa və bacarıqlı gəncləri öz ətrafına toplamağa başlayıb. Nəhayət layihə özünün aktiv fəaliyyətinə 2014-cü ilin Aprel ayından etibarən başlamışdır.

BethClip regionumuzun ən böyük texnologiya sərgisi olan Bakutel sərgisində 2013-cü ildə iştirak etməyə başlamış və ilk iştirak sertifikatını almışdır.

18 Aprel 2014-cü ildə BethClip ilk dəfə beynəlxalq bir start-up yarışması olan SeedStars Worldwide 2014 yarışmasında iştirak etmişdir.

17 May 2014-cü il tarixində BethClip QuTechnoPark tərəfindən həyata keçirilən start-up ideya yarışmasında Finalist olmuş və özünün ilk Toxum İnvestisiyasını (AZN 10 000) almışdır. Bu nailiyyət BethClip’in sonrakı uğurlarına yol açmış və qazandığı maliyyə dəstəyi xarici layihələrdə də iştirakına şərait yaratmışdır. Bundan əlavə layihənin qalibi kimi QuTechnoPark tərəfindən ödənişsiz ofis, texnologiya avadanlıqları və medya dəstəyi əldə etmişdir.

28 İyun 2014-cü ildə BethClip Bakı Startup Sərgisində (Baku Start-up Fair) iştirak etmişdir. Burada həm yerli həm də regional startuplarla tanışlıq qurmaq imkanı əldə etmişdir.

3 iyul 2014-cü ildə BethClip Startup Azərbaycan yarışmasının 6 Finalistindən biri elan olunmuş və Yüksək Texnologiyalar Parkının rezidenti seçilmişdir.

15 Avqust 2014-cü ildə BethClip Ukraynanın Happy Farm Biznes İnkubasiyasının 2 həftəlik proqramında iştirak etmiş və Amerikaya Silicon Valley’ə getmək şansı əldə etmişdir. Orada bir çox nüfuzlu startupların və iri bizneslərin ofislərində olan BethClip həmçinin biznesə investisiyayla maraqlanan tərəflərlə də görüşmüşdür. Silicon Valley’in nüfuzlu kapitalistlərindən İmperious Group BethCliplə investisiya müqaviləsi imzalamışdır. İnvestisiyanın şərtlərinə əsasən BethClip ikinci Toxum İnvestisiyasını ($ 30 000) almışdır.

26-30 Sentyabr 2014-cü ildə BethClip Startup İstanbul təlim və prezentasiya sessiyalarında iştirak etmişdir. Bu tədbir layihənin beynəlxalq arenada tanınması adına atılmış uğurlu bir addım idi.

13 Oktyabr 2014-cü ildə BethClip Amerikanın Delaware ştatında rəsmı şirkət qeydiyyatından keçmişdir.

4-6 Noyabr 2014-cü il tarixində BethClip dünyanın ən böyük Texnologiya Görüşündə (Web Summit Dublin) iştirak etmiş və beynəlxalq əhatəsini daha da artırmışdır. İrlandiyanın paytaxtı Dublində keçirilən bu tədbir BethClip’in uğurla iştirak etdiyi ən böyük beynəlxalq tədbir olmuşdur.

2-5 Dekabr 2014-cü il tarixlərində BethClip artıq ikinci il Bakutel Sərgisində iştirak etmişdir. Bu il 20 İllik Yubileyi qeyd olunan Sərgidə eksklyuziv sayda iştirakçı və Google, Microsoft kimi iri bizneslər işirak edirdi. BethClip sərgi iştirakçılarından biri idi.

19 Dekabr 2014-cü ildə MilliNet Azərbaycan yarışmasında “Mobil Tətbiqlər” kateqoriyasında birinci yer olmuşdur.

24 Dekabr 2014-cü ildə BethClip AMEA’ın 1-ci Texnologiya və İxtira, Faydalı Model və Sənaye Nümunələri Sərgisində iştirak etmişdir.