Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri tutmuş BethClip komandası Bakı Startup Sərgisində təmsil olundu

30 Jun 2014 13:59
Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri tutmuş BethClip komandası Bakı Startup Sərgisində təmsil olundu

İlk dəfə keçirilən Bakı Startup Sərgisi 27 - 28 iyun tarixində Mont Inn otelində MICE Azərbaycan tərəfindən təşkil olundu. İki gün müddətində Azərbaycandakı bir çox startuplar sərgilənərək özləri haqqında sərgi iştirakçılarına geniş məlumat verməyə imkan tapdılar. Sərgidə iştirak edən startuplar isə bunlardır: BethClip, LinQuality, VT Studio, Sportsmen.az, Prosper Cartoon Studio, Soap House, YBF - Young Business Factory.

Sərgilənən hər bir startup iştirakçılar tərəfindən maraqla qarşılandı. Qeyd etdiyimiz kimi, Yeni Fikir 2014 Müsabiqsində birinci yeri tutmuş BethClip startup ı da sərgidə iştirak edirdi.  Potensial müştəriləri ilə görüşən BethClip onlar tərəfindən böyük maraqla qarşılandı.